Çərşənbə , 8 Aprel 2026

autor

XİN: Azərbaycan BMT QAK-ın missiyasını qəbul etməyə hazırdır

“Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) arasında aparılmış müzakirələr nəticəsində BMT QAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib”. Boyukmillet.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. “Ümumiyyətlə vurğulamaq istərdik ki, Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi …

Read More »

Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

Dünya şöhrətli azərbaycanlı alim, arxeoloq Rauf Munçayev vəfat edib. Bu barədə  AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, R.Munçayev Rusiyanın paytaxtı Moskvada 93 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Rauf Maqomedoviç Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. O, 1945-49-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında …

Read More »

Gənclər Təşkilatları üçün qrant müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsində iştirak etmək üçün yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərini 24 iyul 2021-ci il saat 18:00-dək təqdim etməyə dəvət edir. Boyukmillet.com xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.07.2021)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,2% artaraq 2,0184 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0232 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro2,01841 Rusiya rublu0,02321 Avstraliya dolları1,28491 Argentina pesosu0,01771 Belarus rublu0,67091 Braziliya rialı0,33361 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1194100 Cənubi Koreya vonu0,15031 Çexiya kronu0,0789100 Çili pesosu0,23091 Çin yuanı0, …

Read More »

Gənclər Təşkilatları üçün qrant müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsində iştirak etmək üçün yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərini 24 iyul 2021-ci il saat 18:00-dək təqdim etməyə dəvət edir. Fonddan verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və mədəni …

Read More »

“Zəngəzur dəhlizinin açılmasından onlar daha çox yararlanacaqlar” – RƏY

“Azərbaycanın işğaldan azada olunmuş ərazilərinin əhəmiyyəti durmadan artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış tarixi Bəyannamə bölgədə yeni yaranmış reallıqların əyani təzahürüdür, iki qardaş ölkənin bütün sahələrdə münasibətlərinin bundan sonra da sürətli inkişafına təkan verəcək. Bəyannamənin işğaldan azad olunmuş Şuşa şəhərində imzalanması bölgənin Azərbaycanla yanaşı, region ölkələri üçün …

Read More »

AVRO-2020: Bu gün ilk finalçı bəlli olacaq

Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək. Boyukmillet.com-un məlumatına görə, bu raundun hər iki görüşü İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək. İlk oyun günündə bir qarşılaşma baş tutacaq. Əvvəlcə turnirin əsas favoritlərindən ikisi – İtaliya və İspaniya yığmaları finala vəsiqə uğrunda meydana çıxacaqlar. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. …

Read More »

Xocalı Polis Şöbəsinə yeni rəis müavini təyin edilib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocalı rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub. Boyukmillet.com xəbər verir ki, polis mayoru Rəşad Salahov Xocalı rayon Polis Şöbəsinin rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, R.Salahov daha öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Read More »

Macar jurnalist: “Bakı dağıdılmış regionların bərpası üçün pulunu və qüvvəsini əsirgəməyəcək”

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına bu günlərdə səfər etmiş macar reportyorlar arasında “Madyar Nemzet” nəşrini təmsil edən David Laslo da vardı. Boyukmillet.com xəbər verir ki, Laslo vətənə qayıdandan sonra həmin səfər müddətində gördüklərinin yekunları barədə material hazırlayıb. Onun ezamiyyətə yola düşməzdən əvvəl hazırlayacağına söz verdiyi silsilə məqalələrdən birincisi “Minalanmış sahədə ehtiyatlı olun!” adlanır. Müəllif bu məqaləsində yazır ki, Azərbaycanın hərbi …

Read More »

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarına 32-ci lisenziyanı qazanıb

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək. Milli Paralimpiya Komitəsindən  verilən məlumata görə, pauerliftinqçi Nurlan Babacanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək nüfuzlu yarışa lisenziya qazanıb. Qeyd edək ki, bu, Azərbaycan paralimpiyaçılarının Tokio olimpiadasına ümumilikdə 32-ci lisenziyası olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Read More »