Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunun Sirik kəndindən videogörüntülər yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir.
Read More »Ceyhun Bayramov Avstriyada ATƏT-in baş katibi ilə görüşəcək
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib. Səfər çərçivəsində Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün …
Read More »Qafqaz albanlarının türk mənşəli olması elmi şəkildə sübut olunmuşdur
Erməni alimləri, onların xarici və daxili havadarları hər vəchlə türklərin Qafqazda, İran yaylasında, İraqda, Şərqi Avropada (macar tarixçisi Farkas İldiko (7 mart 2014) Macar turançılığının türk əlaqələri) və Anadoluda aborigen olması məsələsinə ciddi cəhdlə kölgə salmağa çalışırlar. Hər yerdə kiçik və ya böyük Ermənistan xəyalı nağılından istifadə edirlər. Hayların rus istilasına qədər (1828) Qafqazla və ya Qafqaz xalqları ilə həm …
Read More »Avropa İttifaqı iyulun 1-dən COVID pasportu tətbiq edəcək
Avropa İttifaqı iyulun 1-dən etibarən koronavirusa qarşı vaksinasiya və COVID-19 testləri barədə sertifikasiya rejimini tətbiq etmək niyyətindədir. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Avropa işləri üzrə dövlət katibi Kleman Bon məlumat verib. “Bu alət (Avropa COVID pasportları) iyulun 1-dən etibarən Avropa İttifaqının 27 ölkəsində tətbiq olunacaq. Sənəddə peyvənd və …
Read More »“Şuşa şəhəri haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Bu gün Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclası keçirilib. Boyukmillet.com xəbər veirr ki, iclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirə edilib. Müzakirələrdən sonra yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin sabah – mayın 25-də keçiriləcək plenar iclasına tövsiyə olunub. Qeyd edək ki, sənəd …
Read More »Şəhid ailəsi “Kontakt Home”un yardımından imtina etdi
Xəbər verdiyimiz kimi, “Kontakt Home” mağazalar şəbəkəsi Vətən müharibəsində şəhid olan Adilov Şirəli İlham oğlunun evinə gələrək, mağazadan borca götürdüyü mebelləri aparıb. Bununla bağlı məsələ ictimailəşdirildəkdən sonra “Kontakt Home” şəhidin bütün borclarını ləğv edəcəyini bildirmişdi. Boyukmillet.com xəbər verir ki, bu gün isə şəhidin anası “Kontakt Home” gedərək, oğlunun bütün borclarını ödəyəcəyini bildirib. Belə ki, mağaza rəhbərliyi şəhid anasına avtomobil və …
Read More »DTX-dən YENİ ƏMƏLİYYAT: saxlanılan var – TƏFƏRRÜAT
Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkələrin ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində mübarizə tədbirlərini davam etdirir. Boyukmillet.com DTX-yə istinadla xəbər verir ki, aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı 1986-cı il təvəllüdlü Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək “İŞİD” terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin …
Read More »Səudiyyə Ərəbistanının Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, təbrik məktubunda deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına davamlı inkişaf …
Read More »“Mən Şuşanı açıq səma altında muzey kimi təsəvvür edirəm” – Deputatdan TƏKLİF
“Mən Şuşanı açıq səma altında bir muzey kimi təsəvvür edirəm və belə olmasını arzulayıram. Həm də Şuşanın şəhər idarəçiliyini elə tənzimləmək lazımdır ki, sonradan bu təcrübə bütün regionlarımıza daşınsın, çünki Azərbaycan bütövlükdə unikal bir ölkədir”. Bu barədə Modern.az-a açıqlamasındaMilli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Əziz Ələkbərli deyib. Deputat həmçinin qeyd edib ki, bu il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin …
Read More »Ermənilər daha bir kəndi xarabalığa çevirib – VİDEO
Müdafiə Nazirliyi Xocavənd rayonunun Mülküdərə kəndindən videogörüntülər yayıb. Boyukmillet.com görüntüləri təqdim edir:
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar