Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq. Təhsil Nazirliyindən verilən məlumata görə, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq. Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Read More »Zaqatalada əsgər intihar edib
Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq, intihar edib. Bu barədə DSX-nin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə mayın 8-də baş verib. Dərhal DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov həmin hərbi hissəyə ezam olunub. Hazırda hadisə yerində Hərbi …
Read More »YAP nümayəndələri Fəxri xiyabanı ziyarət edib
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Boyukmillet.com xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Read More »Bu gün şəhid Milli Qəhrəman İlqar Mirzəyevin doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür. Boyukmillet.com xatırladır ki, İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. O, 1980-1990-cı illərdə Qardabani şəhərində orta məktəbdə təhsil alıb. Birinci Qarabağ müharibəsinin yeni-yeni alovlandığı 1991-ci ildə İ.Mirzəyev sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib və avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul …
Read More »Azərbaycan Ordusunda MAXE olmaq istəyənlərə kurslar keçirilir
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək istəyən əsgər və kursantlar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) hazırlıq kurslarına cəlb olunub. Boyukmillet.com xəbər verir ki, kursda təhsil müddəti 2 aya qədərdir. Kursu müvəffəqiyyətlə bitirmiş hərbi qulluqçulara ixtisaslar üzrə sertifikat verilir. Burada kurs müddəti ərzində müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi xidmətə başlamaq …
Read More »QHT-lərin sənəd dövriyyəsi həm kağız daşıyıcılarla, həm də elektron qaydada aparılacaq
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanununda dəyişiklik edilərək Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən hər hansı bir dəyişikliklərin, qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin, bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması, Qrant müqavilələrinin, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsi elektron müraciət əsasında əldə edilmiş sənədlərdən …
Read More »Əziz Şuşa, iyirmi doqquz ildən sonra 8 mayı azad qarşılayırsan
Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin işğal günü kimi qeyd edən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. 1992-ci il mayın 7-dən 8-nə keçən …
Read More »Hikmət Hacıyev Şuşadan fotolar paylaşdı
Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb. “Şuşanın şöhrəti, qüruru, misilsiz mədəni və memarlıq üslubu Ermənistanın 30 illik hərbi işğalından sonra bərpa olunur” – Hacıyev bildirib.
Read More »Terrorçu FETÖ-dən daha bir XƏYANƏT : Rəsmən saxta “erməni soyqırımı”nı tanıdığını AÇIQLADI – FOTOFAKT
Türkiyədə dövlət çevirilişinə cəhd etməklə böyük bir xəyanətə imza atan Fətullahçı Terror Təşkilatı (FETÖ) daha bir xainliyə imza atıb. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Türkiyəyə təzyiq üçün 1915-ci il hadisələrini “soyqırım” kimi tanımasından sonra, FETÖ-də açıqlama verərək saxta “erməni soyqırımı”nı tanıdığını bildirib. Terror təşkilatı Fətullah Gülənin sözçüsü və qohumu Əhməd Kurucan FETÖ adına saxta …
Read More »Türkiyə rəsmilərindən İsrailə sərt Məscidül-Əqasa ETİRAZI : “Məsciddə ibadət edənlərə silahlı hücum bütün dünyanın ayıbıdır”
İsrail polisinin gecə saatlarında Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsada təravih namaz qılan müsəlman camaata hücum etməsi Türkiyənin sərt etirazlarına səbəb olub. Boyukmillet.com xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu tvitterdən etdiyi açıqlamada İsraili sərt şəkildə qınayıb. Cavuşoğlu “Bu gecə, ilk qibləmiz olan Məscidül-Əqsaya edilən hücumu qəti şəkildə qınayıram. İsrailin müqəddəs Ramazan ayında günahsız müsəlmanları hədəf alması insanlıqdan kənar bir şeydir. Yaralılara …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar