Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Bakının küçə və parklarından birinə Polad Həşimovun adı verildi

Bakı şəhərinin küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib. Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd olunub ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qərar qəbul olunub. Qərara əsasən, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb. “Yaxın zamanlarda həmin küçədə şəhid general-mayor Polad Həşimovun adını daşıyan park da istifadəyə veriləcək”, – …

Read More »

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Bu barədə Heydər Əliyev Fondundan məlumat verilib. Bildirilib ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil …

Read More »

Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb

Həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub. Bu barədə  Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri …

Read More »

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü təyin olunub

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdünün verilməsi haqqındasərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Prezidentin fərdi təqaüdü təyin olunub: Mahmudov Abduləhəd Əlisa oğlu Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu Nurzadə Əli Qayıb oğlu Seyidov Uran Seyid Musa oğlu Şarovskaya Natalya Yuryevna.

Read More »

Bəzi iri məmur ailələrində övlad tərbiyəsi problemləri… Bu da general oğlu…

Samir Adıgözəlli: “Bu, birinci növbədə, bəzi iri məmurların, generalların ailələrində tərbiyə məsələsinə qətiyyən əhəmiyyət verilməməsinin nəticəsidir” Əslində, cəmiyyətdə tanınmış şəxslərin, vəzifəli adamların övladları öz tərbiyələri, davranışları ilə başqalarına nümunə olmalıdırlar. Çox təəssüflər olsun ki, bir sıra hallarda biz bunu görə bilmirik. Bəzi vəzifəli şəxslərin övladlari zaman-zaman ata və anasının vəzifəsindən sui-istifadə edərək hər cür tərbiyəsizliklər sərgiləyiblər. Qızlara qarşı əxlaqsız davranışlardan tutmuş, …

Read More »

Vətən qarşısında xidməti olanlara avtomobillər təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Əlimizdən gələni edəcəyik ki, müharibədən əziyyət çəkmiş, öz sağlamlığını, yaxınlarını itirmiş insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunsun”. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da bu kateqoriyadan olan insanlar diqqət mərkəzində saxlanılır. Müharibə veteranları, şəhid ailələri üçün mənzillər tikilir, sağlamlıq imkanları məhdud şəxslərə minik avtomobilləri verilir. Mayın 7-də …

Read More »

Əli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. Boyukmillet.com-un xəbərinə görə, ASC əmr icraatı üzrə müqavilə tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İş hakim Leyla Əliyevanın icraatına verilib. Qeyd edək ki, “Kaspi Global” MMC 2011-ci ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi …

Read More »

Xalq şairi Musa Yaqub vəfat edib

Azərbaycanın Xalq şairi Musa Yaqub 84 yaşında vəfat edib. Boyukmillet.com  xəbər verir ki, o, mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. Xalq şairi uzun illərdir Parkinson xəstəliyindən əziyyət çəkirdi. M.Yaqub Buynuz kənd qəbirstanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq. Qeyd edək ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini …

Read More »

İcra başçısının imarətinin gözətçisi özünü asdı – Ailədən və prokurorluqdan açıqlamalar

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub. Mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib. Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon …

Read More »

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşına növbəti xüsusi rütbələr verilib.

Diaspor info-nun Naxçıvan MR bürosunun verdiyi məlumata görə, tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov növbəti xüsusi rütbə alan əməkdaşları təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra əməkdaşlara növbəti rütbələr təqdim olunub. Naxçıvan Muxtar RespublikasıSadiq Ələkbərli

Read More »