Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısıbıb digər sərəncamı ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.
Read More »Latviya parlamenti “erməni soyqırımı” qətnaməsini rədd etdi
Latviya parlamentinin xüsusi komitəsi qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə layihəsini rədd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın Telegram kanalı məlumat yayıb. Səsvermə zamanı xüsusi komitənin doqquz üzvündən biri qətnamənin əleyhinə səs verib, dörd nəfər bitərəf qalıb. Nəticədə layihə qəbul edilməyib.
Read More »Rusiya Xocavənddə Njdeyə qoyulmuş heykəlin sökülməsini tələb edib
Dağlıq Qarabağın bir hissəsindəki separatçı qrupun “təhlükəsizlik şurasının” başçısı kimi təqdim olunan Vitali Balasanyan Qaregin Njdenin Xocavənd şəhərindəki heykəlinin sökülməsini təklif edib. Bu barədə məlumatı mayın 5-də separatçı rejimin başqa bir nümayəndəsi – Artak Mkrtçyan və Ermənistan Milli Məclisinin müstəqil deputatı Sofiya Ovsepyan AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna bildiriblər. Mkrtçyanın sözlərinə görə, “ağsaqqallar şurası” şəhər sakinlərinin tələbi ilə Balasanyanın təklifini rədd …
Read More »DİN Qəbələdəki ağır yol qəzası ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Qəbələ rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən bildirilib ki, mayın 5-də saat 16 radələrində Qəbələ rayonunun Savalan kəndi ərazisində Bum qəsəbə sakini T.Eyyubovun idarə etdiyi “Mercedes” və Göyçay rayon sakini Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.Nəticədə N.Yusifov hadisə yerində, sərnişinlərindən Vilayət Yusifova, Dəniz Məmmədova xəstəxanada ölüb, digər …
Read More »İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu
İsmayıllıda Bizlan kəndi ərazisindəki mağazadan tütün məmulatları, pul, telefon danışıq kartları, spirtli içkilər və müxtəlif qida məhsulları oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət olunub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlinin Balakən rayon sakini Məhəmməd Əmrəliyev və tanışı tərəfindən törədildiyi müəyyən …
Read More »Sabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 18-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil …
Read More »Qazaxıstan və Azərbaycan “ağıllı şəhər” layihəsi üzrə saziş imzaladı
İkitərəfli investisiya, innovasiya və texnoloji əməkdaşlığın möhkəmləndirilməsi işləri çərçivəsində Qazaxıstanın Bakıdakı səfirliyində Qazaxıstanın “Smart City Azerbaijan» rəqəmsal şirkəti, Azərbaycanın “Caspian Service” tikinti şirkəti və “Caspian Energy Club” regional biznes təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Boyukmillet.com Qazaxıstanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, sənəddə Qazaxıstan və Azərbaycan ərazisində reallaşdırılan “ağıllı şəhər” (“smart city”) və “ağıllı kənd” (“smart village”) konsepsiyası çərçivəsində …
Read More »Bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq – RƏSMİ
“Ramazan bayramı günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, yeganə məhdudiyyət ictimai nəqliyyatla bağlıdır.
Read More »Mayın 10-da 18 yaşına çatmış bütün vətəndaşların vaksinasiyasına başlanılacaq
“Mayın 10-da 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər. Bu, böyük şansdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. “Mən hər bir vətəndaşı bütün bu kampaniyaya qoşulmağa çağırıram”, – bildirib.
Read More »Teymur Musayev: “Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq”
“Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar