Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə Multikulturalizm və Azərbaycançılıq mövzusunda onlayn konfrans keçirilib

Boyukmillet.com xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Fəallar Klubunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və Azərbaycançılıq” mövzusunda onlayn konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Təhsil Fəallar Klubunun sədri Kərim Əsgərov tədbir iştirakçılarını salamladıqdan sonra qonaqları təqdim edib. İlk olaraq çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov multikulturalizm siyasətinin Azərbaycançılığın tərkib hissəsi …

Read More »

Yevlaxda kişi 4 yaşlı ögey oğlunu döyərək işgəncə verib

Yevlax rayonunda azyaşlı atalığı tərəfindən döyülərək ağır fiziki işgəncələrə məruz qalıb. Boyukmillet.com-un xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 40 yaşlı Paşa Laçınov ögey oğlu 4 yaşlı M.D.-ni (şərtidir) döyərək ona işgəncələr verib. Yevlax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyadan “Report”a bildirilib ki, faktla bağlı məsələ araşdırılır. Qeyd olunub ki, …

Read More »

3 avtomobil qaçıran və marketdən oğurluq edənlər saxlanılıb

Nəsimi rayonunda 3 avtomobil qaçıran və 1 marketdən oğurluq edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə gün əvvəl rayon ərazisində yerləşən marketlərin birinin pəncərəsini sındıraraq ora daxil olub obyektdən 834 manatlıq müxtəlif növ tütün və şirniyyat məhsulları, habelə, kassadan 20 manat pul oğurlanmaqda …

Read More »

Bu gün 30-dək azərbaycanlı Almaniyadan deportasiya olunacaq

Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yaşayan 30-a yaxın azərbaycanlının bu gün deportasiya ediləcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, onlar əsasən sığınacaq istəyi rədd edilən və barəsində deportasiya qərarı çıxarılan şəxslərdir. Əyalətin müxtəlif şəhərlərindəki ünvanlarından polis və miqrasiya idarəsinin əməkdaşları ilə birgə Düsseldorf şəhərinə gətirilən azərbaycanlılar hava limanının yaxınlığında yerləşən və deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan yataqxanaya yerləşdiriliblər. Onların bu …

Read More »

“Respublikanski”nin baş həkimi işdən çıxarıldı

Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub. Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə keçirilib.

Read More »

Ermənilər Füzulidə 1400 yaşı olan çinar ağacını məhv ediblər

“İşğala qədərki dövrdə Füzuli rayonunda təbiət abidəsi statusuna malik 11 Şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib”. Boyukmillet.com  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, həmin təbiət abidələri sırasında hətta 1400 ilə qədər yaşı …

Read More »

Bu il “Bakıkart”ın balansını onlayn artırmaq mümkün olacaq

“Bu ilin sonuna qədər “Bakıkart”ın balansını onlayn artırmaq mümkün olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib. “Bu işin ötən il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu, lakin pandemiyaya görə yubandı. Bu il prosesi yekunlaşdırmağa çalışırıq”, – deyə o, qeyd edib.

Read More »

İlham Əliyev “Boeing Commmercial Airplanes” Şirkətinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib. Boyukmillet.com xəbər verir ki, Stenli Dil dedi: “Boeing” şirkəti adından Azərbaycanla əməkdaşlıq məsələsində liderliyinizə görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm. Prezident İlham Əliyev: Təşəkkür edirəm. Stenli Dil: Biz Azərbaycanla bağlı bütün işləri həyata keçirə bilmişik. Prezident İlham Əliyev: Bəli, artıq …

Read More »

Qarabağda ilk “Ağıllı kənd” belə olacaq – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Zəngilan səfərində “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Boyukmillet.com  Ağalı kəndində təməli qoyulan “Ağıllı kənd” (Smart village) layihəsinin görüntülərini təqdim edir: Qeyd edək ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji …

Read More »

Jurnalistlər Füzuli və Xocavəndə getdilər

Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Füzuli və Xocavənd rayonlarına səfərə yola düşüblər. Boyukmillet.com  xəbər verir ki, səfərin məqsədi işğal dövründə Füzuli və Xocavənd rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxış keçirməkdir.

Read More »