“Xarkov şəhərində Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxan Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova dərhal geri çağırılmalıdır”. Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov səfir Elmira Axundovanın Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçməsinə münasibət bildirərkən deyib. Aslan İsmayılov bu xəbəri eşidəekən öncə inanmaq istəmədiyini bildirib: “Bu xəbəri mən bir …
Read More »Naxçıvanda Daxili Qoşunların taktiki-xüsusi təlimi keçirilib
Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib. Boyukmillet.com-un xəbərinə görə, minaatan bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Ərazinin vizual kəşfi aparıldıqdan sonra atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər. Yerdəyişmə edərək planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.
Read More »Qondarma “erməni soyqırımı” bəyanatı Türkiyəyə qarşı uğursuz təzyiq cəhdidir
“ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı müraciəti və genosid kəlməsini işlətməsi uzun illər ərzində erməni lobbisinin böyük pullar sərf edərək apardığı lobbizmin nəticəsi, eyni zamanda, Türkiyəyə siyasi təzyiq vasitəsidir”. Bu fikirləri “İki sahil”ə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov deyib. R. Qonaqov bildirib ki, uzun müddətdir ABŞ adminstrasiyasi və Konqresdə erməni lobbisinin təsirində və …
Read More »Saxta tarixə saxta siyasi dəstək verən “demokratik” ABŞ – YAP İdarə Heyəti üzvünün yazısı
Baydenin siyasətdə əsl çəkisini və rolunu rəqibi Tramp düzgün ölçmüşdü Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti Co Baydenin 24 aprel “erməni xalqının anım günü” çıxışında 1915-ci ildə Osmanlı imperiyası ərazisində guya bu məzlum xalqın 1 milyondan artıq nümayəndəsinin “soyqırım”a məruz qalması barədə açıqlaması nəinki “demokrat”ik ABŞ adına, ümumilikdə tarix, ədalət və siyasət kimi ciddi konyukturlara da böyük zərbə oldu. Gerçəklikdən uzaq …
Read More »Prezidentin köməkçisi: “İsraillə diplomatik münasibətlərimiz yüksək səviyyədədir”
“Azərbaycanda müxtəlif mədəniyyətlərin və müxtəlif dinlərin nümayəndələri əsrlər boyu dinc yanaşı yaşayıblar. Biz fəxr edirik ki, bütün dünyadakı yəhudilər kimi Azərbaycanda yaşayan yəhudilər də bizə real kömək edirlər”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsində yer alıb. O bildirib ki, israillilər …
Read More »İlham Əliyev: Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirmək imkanı verəcək
Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışında bildirib. …
Read More »Daha bir xəstəxananın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi
18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olan müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan xəstəxananın …
Read More »DTX Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirib
Dövlət Təhlükəsizlik Xidməti (DTX) Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, korrupsiyaya əməliyyatı zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və müavini Qüdrət Əliyev saxlanıb. Məlumata görə saxlanılanlar arasında icra başçısının müavinləri də var. Əməliyyatla bağlı DTX tərəfindən ictimiayyətə geniş məlumat veriləcək.
Read More »Türk ordusu şəhid verdi – FOTO
Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pence-Şimşek” əməliyyat davam edir. Boyukmillet.com “trthaber”ə istinadən xəbər verir ki, ötən gün keçirilən əməliyyatlar zamanı Türk ordusunun bir əsgəri şəhid olub. Türkiyə Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, terrorçular tərəfindən quraşdırılan partlayıcının işə düşməsi nəticəsində bir əsgər ağır yaralanıb. Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Read More »Azərbaycan Prezidentinin BMT-nin tədbirində videoformatda çıxışı təqdim edilib
Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar