Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalardan Vətəndaş Həmrəyliyi Partiyasısının (VHP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədi məlum olub. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, azlıqda olan partiyalar Milli Məclisə Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd təqdim etməlidirlər. Bu gün VHP-nın Siyasi Şurasının onlayn toplantısı keçiriləcək və sabah parlamentə VHP-nın namizədi təqdim olunacaq: “Yalnız …
Read More »Türkiyənin Azərbaycandakı yeni səfiri işə başladı – FOTO
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağcı öz işinə başlayıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində məlumat verilib. “Dr. Cahid Bağcı 19 aprel 2021-ci ildə Bakıya gəlib və Səfirlikdə səfirlik personalı tərəfindən qarşılanıb. Səfirlik heyəti ilə görüşdən sonra cənab Bağcı həmin gün Bakıdakı səfir vəzifəsinə başlayıb”, – deyə bildirilib.
Read More »Efir olub çayxana, efir olub toyxana… Efirdə evlənirlər, itirdik dəyərləri… Ay TV rəhbərləri… – Aydın Quliyev yazır…
Bir şair dostumun çox axıcı formada nəzmə çəkdiyi misraları publisist üslubda davam etdirməyə ona görə ehtiyac gördük ki, hədəfi efirlər və bəzi TV rəhbərləri olan bu fikirlər indi tək şairlərin yox, bütün cəmiyyətin qəbul etdiyi rəyə çevrilib. Müasir dövlətçilik və millilik konsepsiyaları informasiya, təbliğat və ideologiya rıçaqları arasında nisbətən ən kütləvilərdən sayılan radio-tv efirlərinə xüsusi stavkalar etdiyi bir …
Read More »Suqovuşan: Qələbəyə ilk addım… – VİDEO
2020-ci ilin oktyabrın 3-də Suqovuşanda Azərbaycan bayrağı qaldırılıb. “Caliber” layihəsi Müzəffər Azərbaycan ordusunun döyüş yolu haqqında ilk xüsusi buraxılışını məhz Suqovuşan uğrunda döyüşlərə həsr edib. “Caliber” 2016-cı ildən sonrakı əməliyyat şəraitini təhlil edir, bu ərazinin azad edilməsi üçün aparılan hərbi əməliyyatın təfərrüatından bəhs edir.
Read More »Ərdoğan: “Biz boynunda əsarət zənciri gəzdirəcək millət deyilik”
“Bizim millət boynunda əsarət zənciri gəzdirəcək bir millət deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib. O, Türkiyəyə qarşı Suriyada başladığı antiterror əməliyyatlarına, iqtisadi sahədə fəaliyyətlərinə görə basqılara müqavimət göstərdiklərini vurğulayıb: “Əsla baş əyməyəcəyik və dik durmağa davam edəcəyik”.
Read More »Rusiyadan Türkiyəyə qarşı ŞOK ADDIM: Günlərdir ki…
Mindən yuxarı Türkiyə TIR-ları həftələrdir Rusiya-Gürcüstan sərhədindəki Kazbegi-Verxniy Lars sərəd-keçid məntəqəsində qalıb, sürücülər acınacaqlı vəziyyətlə üzləşib. Sürücülər “Bir Gün” qəzetinə (Türkiyə) üzləşdikləri dramatik vəziyyət barədə danışıblar. Bildiriblər ki, Rusiya ərazisindən keçib Gürcüstana, oradan isə Türkiyəyə getmək istəyirlər, amma sərhəd-keçid məntəqəsində rusiyalı məmurlar Türkiyə nömrə nişanlı TIR-ları buraxmır. Ermənistan, Gürcüstan, Rusiya dövlət nömrə nişanlı TIR-lar isə sərhəddən maneəsiz keçir. Uzunluğu 150-200 …
Read More »Türk generaldan Ermənistana SENSASİON XƏBƏRDARLIQ: Səsinizi kəsin yoxsa Göyçəyə də İrəvana da girərik
”Ermənilər elə etməsinlər ki, Ağrı dağında düyü yemək istədiyimiz halda, gəlib Göyçə mahalında, Zəngəzur elində və qədim Azərbaycan torpağı İrəvanda rəqs etməyək”. Bu sərt açıqlamanı Metbuat.az-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz vurğulayaraq bildirdi ki, gerbində belə Ağrı dağının rəsmi olan Ermənistan, beynəlxalq diplomatik qaydaları heçə sayaraq dövlətlərarası nəzakət prinsiplərini görməzdən gəlir. Onların bu addımını həyasızlıq adlandıran Yücel Karauz deyir ki, …
Read More »“28 gün müddətində hər yer bağlanmalıdır” – SƏRT KARANTİN / VİDEO
“Koronavirusla mübarizənin ən effektiv yolu kütləvi qapanmalardır. 28 gün müddətində tamamilə hər yer bağlanmalı və bundan sonra mərhələli şəkildə yumşaldılmalar olmalıdır”. Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib. O bildirib ki, Çindən başqa dünyanın heç bir ölkəsi bu qaydanı tətbiq edə bilmədi: “Müxtəlif səbəblərdən biz birmənalı olaraq kütləvi qapanmaların həyata keçirilməsini məsləhət görə bilmirik. Lakin …
Read More »Hacıqabulda yeni məktəb tikiləcək – SƏRƏNCAM
Prezident İlham Əliyev Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, sərəncama əsasən Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Read More »Türkiyə və Yunanıstan bu məsələdə razılığa gəldi
Türkiyənin Milli Müdafiə Nazirliyi Yunanıstan və Türkiyənin “etimad qurma tədbirləri” üçün görüşlərin dördüncü mərhələsi üçün razılığa gəldiklərini açıqlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. “Türkiyə və Yunanıstan Müdafiə nazirlikləri etimad tədbirləri mövzusunda görüşlərin dördüncü mərhələsinin keçirilməsinə dair razılığa gəldilər. Planlaşdırılan görüşün tarixi və digər detalları yaxın gələcəkdə müəyyənləşdiriləcək”,-deyə açıqlamada qeyd olunub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar