Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Cavuşoğlu: “ABŞ prezidenti “erməni soyqırımı” deyərsə, bu münasibətlərimizə xələl gətirər”

“Beynəlxalq hüquqa hörməti varsa, ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Haber-Türk”ə müsahibəsində bildirib. Nazir deyib ki, ABŞ prezidentinin 24 apreldə hüquqi əsası olmayan “erməni soyqırımı” ifadəsini səsləndirərsə bu, Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə bilər: “Amma biz cənab Bayden nə deyəcək, əndişəsini də çəkməməliyik, çünki bu tarixi həqiqətləri və erməni iddialarının əsassız …

Read More »

İlham Əliyev: “Ermənistan istəməsə Zəngəzur dəhlizini zorla həll edəcəyik”

“Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır – təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib. Prezident bildirib ki, bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda …

Read More »

Fəxrəddin Altun: “Qondarma erməni soyqırımı iddiası sadəcə siyasi maraqlarla qidalanan bir böhtandır”

1915-ci il hadisələrinin tarixi keçmişi, hüquqi miqyası və günümüzə əks olunma hallarını müzakirə etmək məqsədilə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən 1915-ci il hadisələri ilə bağlı beynəlxalq konfrans təşkil edilib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun konfransda çıxış edərək proqramda irəli sürüləcək fikirlərin həqiqətlərin üzə çıxmasına töhfə verəcəyini, çünki təvazökar, lakin bir o qədər də cəsur insanların həqiqətə …

Read More »

VHP-dən Xankəndi paradına kəskin etiraz

Samir Əsədli: “Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir” Xankəndi aeroportunda Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq başlanıb. Sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsini qeyd edəcək. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstə iştirak …

Read More »

Azərbaycan Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradıb

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən  bildirilib ki, aprel ayının 20-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb. Bununla əlaqədar təşkil olunmuş mərasimdə DSX rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov çıxış …

Read More »

Qazi və şəhid ailələrinə yardım mərkəzləri fəaliyyətə başlayıb – SİYAHI

Hazırda Bakı şəhərində və bölgələrdə qazilər və şəhid ailələrinə xidmət göstərən mərkəzlər fəaliyyətə başlayıb. Bu vacib, geniş miqyaslı iş Nazirlər Kabinetinin qərarından sonra iki ay müddətində öz həllini tapdı. Bildiyiniz kimi bu qərarın həyata keçirilməsinə rəhbərlik Səhiyyə Nazirliyinə həvalə olunmuşdur. Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlıq Mərkəzinin başçılığı ilə koordinasiya qrupu yaradıldı. Mütəxəssis seçimi, müəssisə seçimi, təlimlərin təşkili, elekron baza məlumatların …

Read More »

Prezident Hacıqabul rayonuna səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gedib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.

Read More »

Azərbaycan Ordusunun itkin düşən əsgərinin nəşi tapılıb – FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb. Boyukmillet.com-un xəbərinə görə, noyabrın 2-dən itkin düşən əsgər Kərimli Qalası Müslüm oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib. Şəhidin nəşi Hacıqabul rayonunun Muğan qəsəbəsinə gətiriləcək və vida mərasimindən sonra qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq. Dəfn mərasiminin aprelin 21-də keçiriləcəyi gözlənilir. Qeyd edək ki, Q.Kərimli 2000-ci il yanvarın 8-də …

Read More »