İtaliya parlamentinin üzvləri burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Səfər zamanı italiyalı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar. Xəbər verildiyi kimi, İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Boyukmillet.com-un məlumatına görə, səfər çərçivəsində İtaliya nümayəndə heyəti işğaldan …
Read More »Azərbaycan XİN Paşinyana Hüseyn Cavidin şeirilə CAVAB VERDİ
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil. XİN Paşinyana Hüseyn Cavidin şeirini xatırladıb. “Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah …
Read More »Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Polşa hakimiyyəti Rusiya Federasiyasının üç diplomatını “persona non-qrata” elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb. “Səfirə Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının “persona non qrata” elan olunması barədə diplomatik nota verilib”, – məlumatda deyilir. Bildirilir ki, Polşanın Xarici İşlər Nazirliyi qərarın qəbul olunmasına səbəb olaraq diplomatik statusun həmin şəxslər tərəfindən pozulmasını göstərib.
Read More »Bakıda ana və körpəsini maşın vurub, körpə ölüb
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib. Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu “BMW” markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis …
Read More »Abşeronda başından güllə yarası alan yeniyetmə xəstəxanada ölüb
Aprelin 8-nə keçən gecə Abşeron rayonunda başından güllələnən 2005-ci il təvəllüdlü Nicat Nəbiyev bu gün xəstəxanada keçinib. Boyukmillet.com xəbər verir ki, Məhəmmədi kəndində qeydə alınmış hadisə zamanı N.Nəbiyev ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət almışdı. Qeyd edək ki, N.Nəbiyev qonşuluqda olan əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb. Başından ağır xəsarət …
Read More »Ermənilərin Qarabağda basdırdıqları minaya öz zabitləri düşdü
Ermənistanın Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupunun komandiri Qarabağda aparılan axtarış əməliyyatı zamanı minaya düşüb. Bu barədə “Boyukmillet.com” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, operativ qrupun 1975-ci il təvəllüdlü komandiri (ad-soyadı açıqlanmır-red) bu gün günorta saatlarına mina partlayışı zamanı yaralanıb. Partlayış zamanı onun sağ ayağından xəsarət aldığı bildirilir. O, Xankəndinin Tibb Mərkəzinə çatdırılıb. Həkimlər yaralının həyatı üçün hər hansı …
Read More »Altı il məhkəmələrdə mübahisələndirilən bir iş – Rafiq İdrisov niyə və kimə görə təqib edilir? +VİDEO
Rusiya Fedrasiyası Dağıstan Respublikası, Dərbənd rayonu, Padar kəndinin sakini İdrisov İdris Kerimoviç Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova ünvanladığı şikəyət məktubun bir nüxsəsini də ictimailəşməsi üçün Azinforum.az İnformasiya Portalına göndərib. Həmin şikayəti olduğu kimi təqdim edirik: “Hörmətli cənab Prezident! Hörmətli Kamran müəllim! Hörmətli Vilayət müəllim! Hörmətli KİV! Şikayət ərizəmlə …
Read More »Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı- VİDEO
Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında Rusiya dövlət başçısı Vladimir Putini Fransa Prezidenti adlandırıb. Boyukmillet.com xəbər verir ki, onun çıxışının videosu Ermənistan parlamentinin yutub kanalında yerləşdirilib. Çıxışı zamanı Paşinyan dünya liderlərinin adlarını sadalamağa başlayıb və Fransa Prezidentinin adını dedikdən sonra Rusiya Prezidenti Vladimir Putini də “Fransa Prezidenti” adlandırıb. Xatırladaq ki, 7 apreldə Rusiya Prezidenti Vladimir Putin və …
Read More »Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? – Oğlu hər şeyi DANIŞDI
Atam Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə ziyarət edib. Daha sonra mütəmadi olaraq fərqli illərdə də ziyarəti olub. Sonuncu dəfə 8 iyul 2014-cü ildə Şahbaz Quliyevlə gedəndə Şahbaz Quliyev səhlənkarlıq edib, qaçaraq erməni evinə girib və orada vurularaq erməni əsgərləri tərəfindən girov götürülüb. Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu …
Read More »500 manatlıq pul nişanı xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA -FOTO
Azərbaycan Mərkəzi Bankı (AMB) sosial şəbəkələrdə yayılmış 500 manatlıq pul nişanı ilə bağlı xəbərə münasibət bildirib. Qurumdan “Report”a verilən açıqlamada yayılmış fotunun həqiqəti əks etdirmədiyi, dezinformasiya olduğu qeyd edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar