Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Sosial şəbəkədə tanış olduğu qadınları şantaj edən şəxs saxlanıldı

Lənkəranda yaşayan S.Ə adlı bir qadın Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etməsini bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Masallı rayon …

Read More »

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb

Türkiyənin İzmir şəhərinin Foca rayonunun Mersinaki məntəqəsində KT-1 tipli hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyəni Milli Müdafiə Nazirliyi yayıb. Təyyarədəki iki pilot sağ xilas olub. Hadisənin səbəbi araşdırılır.

Read More »

Koronaya yoluxan uşaqlarda yeni sindrom tapıldı – Video

Almaniyada uşaqlar koronavirusdan tam sağaldıqdan sonra tək ağciyərlərdə deyil, bütün orqanlarda çatışmazlığa səbəb olan yeni sindrom tapılıb. Boyukmillet.com xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib. “İlkin mərhələdə Britaniya ştammının uşaqlar üçün daha təhlükəli və öldürücü olması bildirilirdi. Lakin hazırda virusun məhz …

Read More »

Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb

Bu gündən Azərbaycanda media işçilərinin koronavirusa (COVID-19) qarşı vaksinasiyasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, media işçiləri Mətbuat Şurasının binasında peyvənd olunur. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronaVAC” vaksini vurulur.

Read More »

“Bəy hamamı”nda 8 nəfər cərimələndi

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki “Bəy hamamı”nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən obyekt …

Read More »

Almaniya hökuməti peyvənd olunmuş vətəndaşlar üçün COVID-19 testlərini ləğv edir

Almaniya hökuməti COVID-19 əleyhinə peyvənd olunmuş vətəndaşlardan səyahət zamanı və ümumiyyətlə gündəlik həyatda test götürməyi ləğv etmək barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbul edilmiş qərara əsasən, artıq tam peyvənd olunmuş vətəndaşlara test nəticələri mənfi çıxanlardan fərqli yanaşılacaq. Bu qərar, Federal Səhiyyə Nazirliyinin ölkə hökumətinə müvafiq təqdimatından sonra qəbul edilib.

Read More »

Bilal Ərdoğan Bakıda Forum keçirəcək

Dünya Etnospor Konfederasiyasının IV Forumu aprelin 10-da Bakıda keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə qurumun prezidenti Bilal Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdəki Qırğızıstan – Türkiyə Manas Universitetindəki “Etnospor və Türk Dünyasında Ənənəvi Türk İdman Növlərinin Gələcəyi” adlı Konfransda açıqlama verib. O, koronavirus səbəbindən onlayn baş tutacaq Forumun “Ənənəvi oyunların dirçəlişi” adı altında təşkil olunacağını bildirib. B. Ərdoğan toplantıya 50 – 60 …

Read More »

İlham Əliyev BMT Baş Assambleyasının prezidentini qəbul edib -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edib. Boyukmillet.com xəbər verir ki, Volkan Bozkırı salamlayan Prezident İlham Əliyev deyib: – Xoş gəlmisiniz. Sizinlə dəfələrlə görüşmüşdük, Bakıda siz dəfələrlə olmusunuz. Amma bu dəfə BMT Baş Assambleyasının prezidenti kimi səfər edirsiniz. Çox gözəl hadisədir. Şadam ki, Azərbaycana səfər edirsiniz. Bildirməliyəm, biz fəxr edirik ki, qardaş …

Read More »