Bakıda 64 yaşlı qadın intihar edib. Boyukmillet.com-un xəbərinə görə, Nizami rayonunda Roza Musayeva özünü yaşadığı binanin 12-ci mərtəbəsindən yerə atıb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Read More »Güclü külək Bakı və ətraf yaşayış massivlərində qaz təsərrüfatına ziyan vurub
Aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına ziyansız ötüşməyib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb. Məlumatda deyilir ki, hazırda “Azəriqaz” əməkdaşları hadisə yerindədir, operativ tədbirlər …
Read More »Əsgərin intiharı ilə bağlı cinayət işi başlanılıb
Hərbi hissədə intihar edən əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb. Hərbi Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 29 mart 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İsmayılov Əli Arif oğlunun həmin gün odlu silahdan atəş açaraq özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun …
Read More »MTN generallarının həbs edilməsinin səbəbləri açıqlanıb
Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqla Şixəliyev Mövlan Məmmədismayıl oğlunun MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən …
Read More »Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərar ölkənin “Resmi Gazete”sində dərc olunub. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” 2017-ci ilin oktaybarın 31-də Bakıda imzalanıb. R.T.Ərdoğanın təsdiq etməsi ilə sənəd qüvvəyə minib. Qeyd edək ki, həmin ilin oktyabrın 31-də Bakıda …
Read More »Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb. “Boyukmillet.com” xəbər verir ki, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər. Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə …
Read More »Peyvənd olunmuş insanların Ramazanda Həcc ziyarətinə icazə veriləcək
Səudyyə Ərəbistanının Həcc işləri üzrə nazirliyi bəyan edib ki, Ramazan ayında yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmuş zəvvarların müqəddəs yerləri ziyarət etməsinə icazə veriləcək. Bu barədə “Boyukmillet.com” “İnterfax”a istinadən xəbər verir. Nazirlik bildirib ki, icazə üçün müraciət edənlər mütləq peyvəndin iki dozasını almış olmalıdırlar. İcazə isə xüsusi tətbiqdə “peyvənd olunmuş” statusu əsasında veriləcək. İcazəni həmçinin, koronavirusa yoluxaraq sağalan və …
Read More »“Qarabağ savaşı zamanı bu admiralların dəstək bəyanatlarını görmədik…” – Ərdoğandan çevriliş işarətli bəyanat yayan sabiq hərbçilərə SƏRT SÖZLƏR
“Bir gecəyarısı verilən bu bəyanat pis niyyətli bir addımdır. Heç bir təqaüdçü hərbçinin və digərlərinin toplu halda belə bir təşəbbüs etmə haqqı yoxdur. Biz bu admiralların son dövrlərdə Kiprdən Qarabağadək verdiyimiz mücadilə zamanı bir araya gələrək ölkəmiz üçün bir dəstək bəyanatı yaydıqlarını görmədik. Bunların 15 iyul dövlət çevrilişi cəhdi zamanı millətimizin yanında yer aldıqlarını da görmədik.” Boyukmillet.com xəbər verir ki, bunu …
Read More »Hulusi Akar: “Türk ordusu Azərbaycanda dost və qardaşlarımızın haqqını qoruyur”
“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri Suriya, İraq, Kipr, Azərbaycan, Liviya, Aralıq dənizinin şərqi və başqa coğrafiyalarda, ölkədə və sərhəd xaricində hüquqlarımızı, əlaqələrimizi, maraqlarımızı qorumaq, regional və qlobal sülhü, sabitliyi, dost və qardaşlarımızın da haqqını, hüququnu qorumaq üçün böyük fədakarlıq və qəhrəmanlıqla apardığı mübarizəni davam etdirir”. Boyukmillet.com “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi …
Read More »Türkiyədə gecəyarısı çevriliş işarətli bəyanat yayan 104 admiraldan 10-u HƏBS OLUNDU – MƏNZİL VƏ MÜHAFİZƏ HÜQUQLARI ƏLİNDƏN ALINDI
Türkiyədə Dəniz Qüvvələrindən təqaüddə olan 104 admiralı Montrö Boğazlar Müqaviləsi və adı açıqlanmayan bir admiralın məsciddə cübbə geyindiyi iddia olunan fotosunu bəhanə edərək hökuməti təhdid edən və dövlət çevrilişinə işarə vuran bir bəyanat yaymışdı. Boyukmillet.com xəbər verir ki, Türkiyə cəmiyyətində böyük etirazlarla qarşılanan bəyanatdan sonra, Ankara Prokurorluğu təqaüddə olan 104 admiral haqqında “Dövlətin təhlükəsizliyinə və Konsitutsiya sisteminə qarşı cinayət tərətmək üçün …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar