Suriyadan atılan raketlər Türkiyənin Kilis vilayətinə düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən hər hansı ziyan vurmayıb. Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər …
Read More »AXCP funksioneri və gənc fəalı əfv edildi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Babək Həsənov və partiyanın gənc fəalı Orxan Baxışlı əfv edilib. Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında onun da adı var. Qeyd edək ki, O.Baxışlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 18 sentyabr tarixli hökmü ilə 6 il, B.Həsənov isə həmin məhkəmənin 2019-cu il 27 fevral …
Read More »Metro terroruna görə ömürlük cəza alan şəxs əfv edilməyib
Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən şəxsin əfvə düşməsi barədə yayılan məlumat düz deyil. Pravda.az-ın məlumatına görə, metro partlayışı ilə əlaqədar həbsdə olan şəxs Aslanov Azər Məhərrəm oğlu yox, Aslanov Azər Salman oğludur. Sərəncama əsasən, əfvə düşən Aslanov Azər Məhərrəm oğlunun ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə …
Read More »Ersin Tatar Avstraliyanın Ali Komissarını qəbul edib
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Avstraliyanın Ali Komissarı Samuel Beeveri qəbul edib. Boyukmillet.com xəbər verir ki, ŞKTC Prezident Adminstrasiyasından verilən açıqlamaya görə, Ersin Tatar Kipr Türk tərəfinin Kipr məsələsi ilə bağlı vizyonunu suveren bərabərlik əsasında izah edib və bunun davamlı sabitlik və əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. Ersin Tatar hər şeydən əvvəl iki tərəf arasında etimad yaratmaq üçün …
Read More »Bakıdakı metro terroruna görə ömürlük cəza alan şəxs ƏFV EDİLDİ
Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlu əfv edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında onun da adı var. Sərəncama əsasən, A.Aslanov ömürlük azadlıqdan məhrum etmə cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası …
Read More »Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkum əfv edildi
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən Vüqar Əliyev əfv edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında adı var. Sərəncama əsasən, V.Əliyevin ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.
Read More »Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər: 1.1. Abbaslı Mirtural Qələm oğlu, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 fevral tarixli hökmü ilə məhkum edilmişdir. 1.2. Abbasov …
Read More »Ermənistan hərbçiləri NATO-nun təlimlərində iştirak etməyəcək
“Ermənistan hərbçiləri NATO-nun “Defender Europe 2021” adlı təlimlərində iştirak etməyəcəklər”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin müdafiə siyasəti üzrə idarəsinin rəisi Levon Ayvazyan “Sputnik Armeniya”ya müsahibəsində bildirib. O, erməni hərbçilərin NATO-nun təlimlərində iştirak edəcəyi barədə yerli KİV-də yayılan məlumatları təkzib edib. Nazirlik rəsmisi söyləyib ki, bütün bunlar şaiyə və deinformasiyadır. Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın hərbi …
Read More »Putin Baydenə cavab verib
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenə cavab verib. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. “Mən ona “sağlam ol” deyərdim”, – Rusiya lideri vurğulayıb. Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə edib və bunun qarşılığını ödəyəcək.
Read More »Azərbaycanda daha 933 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 243 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 894 nəfər müalicə olunaraq sağalıb, 3 314 nəfər vəfat edib, aktiv xəstə sayı 8216-dır. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar