Prezident İlham Əliyev Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif ediliblər: 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Nağıyev Vəli Nağı oğlu “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə Abbaszadə Aygül Nadir qızı Ağayev Ruslan Rafael oğlu Əhmədova Zərnişan …
Read More »Baş Prokurorluq: Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham edilir
Baş Prokurorluq Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat xidmətindən bildiirlib ki, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında CM-nin müvafiq maddələri ilə cinayət işi başlanmış, bir sıra istintaq tədbirləri yerinə …
Read More »Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev deyib: -Dünən Azıxdan çıxdıq Şuşaya gəldik. Yollar hələ ki, çox bərbad vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var …
Read More »Prezident üç nəfərə ali xüsusi rütbələr verib – SƏRƏNCAM
Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib: – Nağıyev Habil Sadıx oğlu – Azərbaycan Respublikası …
Read More »Zakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan iki bölmədə aparılan işlərlə tanış olaraq modul tipli komplekslərə baxış keçirib …
Read More »Prezident İlham Əliyev Slovakiyanın xarici və Avropa işləri nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Vətən müharibəsində şəhid olmuş daha bir hərbçimizin NƏŞİ TAPILDI FOTO
Vətən müharibəsinin Murovdağ cəbhəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn leytenantımız Abdullayev İntiqam Allahverdi oğlunun 165 gün sonra nəşi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, şəhidimiz əslən Ordubad rayonunun Düylün kəndindəndir. Allah rəhmət eləsin!
Read More »Rusiyada terror aktının qarşısı alınıb
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin Adıgey Respublikasında terror aktının qarşısını alıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış törətməyə hazırlaşan İŞİD üzvü həbs olunub. Adı açıqlanmayan şəxsin əslən Mərkəzi Asiya regonundan olduğu bildirilib. Həmin şübhəli respublika ərazisində əhalinin sıx olduğu yerə hücum etməyi planlaşdırırmış. Onun yaşadığı mənzildən əldəqayırma partlayıcı, İŞİD-in bayrağı, Adıgeyin paytaxtı Maykopun xəritəsi, üzərindən isə saxta …
Read More »Bakıda yük avtomobili aşıb, toyuqlar asfalta tökülüb
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, diri toyuq daşıyan yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə içərisində toyuqların olduğu yeşiklər asfalta tökülüb. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü ağır xəsarət alıb. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yük avtomobili aşdığından Moskva prospektindən Biləcəri dairəsi istiqamətdə gedən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. …
Read More »Prezident və birinci xanımın Şuşadan fotoları
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Boyukmillet.com səfərdən fotoları təqdim edir. Qeyd edək ki, səfərdən geniş reportaj bu gün təqdim ediləcək.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar