AZƏR NİFTİYEV YAZIR: Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçirildi. Əslində bu, gözlənilən idi. O səbəbdən ki, ölkədə bütün sahələrdə aparılan dəyişikliklər YAP-dan yan keçə bilməzdi və hakim partiyanın “köhnə şinel”dən xilas olması tarixi zərurət idi. İqtidarın siyasi elitası dəyişməli, partiyanın aynası rolunda çıxış edən “vitrin” yenilənməli idi. Bəzi ekspertlər partiyanın rəhbərliyində ciddi dəyişikliklərin olmadığını, kosmetik addımlar atıldığını iddia …
Read More »Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənddə olublar
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. Boyukmillet.com xəbər verir ki, səfərdən geniş reportaj martın 16-da təqdim ediləcək. Xatırladaq ki, Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünüen instaqram səhifəsində səfərlə bağlı mesaj yayıb: “Əziz bacılar və qardaşlar! Birazdan işğaldan azad olunmuş ərazilərdən növbəti videogörüntüləri sizin diqqətinizə təqdim edəcəyəm.Dərin hörmət və sevgilərlə, Sizin …
Read More »Naxçıvanın taleyini həll edən sazişin videosu ilk dəfə yayıldı – VİDEO
1921-ci ildə Türkiyə ilə Rusiya arasında imzalanan Moskva müqaviləsinin və ya “Dostluq və qardaşlıq haqqında” müqavilənin 100-cü ildönümü qeyd olunur. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar illərdir Rusiya Dövlət Arxivində saxlanılan müqavilənin imzalanması görüntüləri ilk dəfə tirajlanıb. Qeyd edək ki, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması barədə razılıq ilk dəfə Moskva müqaviləsində əksini tapıb. Danışıqlarda Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinski də iştirak …
Read More »Naxçıvan nümayəndəliyinin rəhbəri Belarus səfiri ilə görüşüb – FOTOLAR
Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Belarus Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovla görüşüb. Görüşdə iki ölkə arasındakı yaxın münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə uğurlu əlaqələr, turizm, müdafiə, kənd təsərrüfatı, maşınqayırma sənayesi və bir sıra digər sahələrdə səmərəli əməkdaşlıq imkanları, regional vəziyyət, rəsmi səfərlər və müxtəlif maraqlı mövzularda səmimi …
Read More »Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
“Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. Boyuknillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 (doqquz) nəfərdən ibarət olacaq. Buna qədər kollegiyanın tərkibi 7 nəfərdən ibarət idi. Qərarla kollegiyanın tərkibinə aşağıdakılar daxildir: Kollegiyanın sədri: Azərbaycan …
Read More »Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi – FOTO
Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib. Bununla bağlı aparıcı hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, bu gün səhər saatlarında müğənninin müalicəsinə başlanılıb. Qeyd edək ki, Z.Abdullayeva uzun müddətdir revmatizm xəstəliyindən əziyyət çəkir.
Read More »Siyasi motivlərlə həbs olunanlar əfv ediləcək – Bəs, icra başçıları haqda hansı qərar olacaq?
Siyasi motivlərlə həbs olunduğu iddia edilən şəxslərin azadlığa buraxılacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu Novruz bayramı ərəfəsində imzalanacaq əfv fərmanı haqda danışarkən deyib. Onun sözlərinə görə, kimlərin əfv olunacağı ilə bağlı yekun qərar yalnız Prezident İlham Əliyevin səlahiyyətindədir: “Bizim siyahımızda yalnız siyasi motivlərlə həbs olunduğu bildirilən məhbuslar yer alıb. Çox istəyərdik ki, onların hamısı …
Read More »Suriyada silahlı qarşıdurmalar nəticəsində 112 rus hərbçisi öldü – RƏSMİ AÇIQLAMA
Bu günədək Suriyadakı silahlı qarşıdurmalar zamanı 112 rus hərbçisi ölüb. Bu barədə Rusiya Dövlət Dumasının Müdafiə komitəsi rəhbərinin birinci müavini Andrey Krasov deyib. “Suriyada hərbi əməliyyatlarda 112 rus hərbçisi ölüb”, – deyə Krasov komitənin keçirdiyi dəyirmi masada bildirib.
Read More »Ərdoğan: “Türk gəncləri Qarabağdan Liviyayadək qardaşlarımızın köməyinə gedib”
“Siz Balkanlarda, Çanaqqalada, Qalisiyada vardınız. Qaziantepdə, Şanlıurfada, Maraşda siz vardınız! İstiqlal müharibəsində, Sakaryada, Dumlupınarda, İzmirdə siz var idiniz!”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclər Təşkilatının 6-cı qurultayında söyləyib. “Kiprdən İraqa və Suriyaya, Qarabağdan Liviyayadək – qardaşlarımızın köməyinə getdiyimiz hər yerdə siz var idiniz. Harada bir ay-ulduzlu bayraq ucaldıldısa, …
Read More »Xocavənddə 41 yaşlı şəxs minaya düşüb
Xocavənd rayonunda 41 yaşlı şəxs minaya düşüb. Bu barədə rayon Prokurorluğundan bildirilib. Belə ki, martın 13-ü saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar