Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib. Boyukmillet.com unikal.org-a istinadən xəbər verir ki, Ə. Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib. Onu da qeyd edək ki, Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun adı qalmaqalda hallanıb. İttihama görə, Əvəz …

Read More »

Ermənistan müxalifəti bu gün yenidən meydanlara çıxacaq

Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat” martın 9-da baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən mitinq keçirəcək. Boyukmillet.com “panorama”ya istinadən xəbər verir ki, bu barədə “Daşnaksutyun” Partiyasının nümayəndəsi, hərəkatın əlaqələndiricisi İşxan Saqatelyan feysbuk səhifəsində yazıb. O bildirib ki, aksiya saat 17-də Yerevanın Baqramyan prospektində başlayacaq.

Read More »

MM sədrinin I müavini: “İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər”

“Soyadlardakı “ov, yev, ova” şəkilçilərinin milli sonluqlarla əvəz edilməsi vətəndaşın istəyi ilə bağlıdır. Soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur, bu prosedur könüllüdür. Ədliyyə Nazirliyi isə vətəndaşın arzu və istəyini icra edir. İndi istənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata …

Read More »

Deputat Operativ Qərargaha çağırış edib

“Hazırda əsas məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərar verəcəyi ilə bağlıdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu parlametin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Fazil Mustafa deyib. Deputat iş yerlərinin yeni açılmasına diqqət çəkib: “İnsanlar indi işə başlayıb. Kafe-restoranlar, digər iş yerləri yeni açılıb. Vətəndaşlar yenidən qapanma olacağından qorxurlar. Hesab edirəm ki, əsas hədəfimiz insanların çalışma yerindən uzaqlaşmaması …

Read More »

Papaya İraqda böyük ŞOK : Sünnilərin dini lideri Şeyx Əhməd Papa Francisin görüş təklifini RƏDD ETDİ – Prezidenti belə dinləmədi…

İraqın ən yüksək sünni dini lideri Şeyx Əhməd Həsən ət-Taha İraqı ziyarət edən Katolik dünyasının lideri Papa Françis ilə görüşməkdən imtina edib. Boyukmillet.com xəbər verir ki, bu haqda Türkiyənin “Türkiyə” qəzeti məlumat yayıb.  Qəzetə danışan İraqın adının çəkilməsini istəməyən yüksək vəzifəli bir məmuru, Şeyx Əhməd Həsən ət-Tahanın ziyarət öncəsi edilən bütün dəvətlərə rəğmən Papa ile yan yana gəlmə təklifini rədd etdiyini …

Read More »

Azərbaycanda “süd pulu”nun artırılması təklif edilir

Ombudsman Aparatı Azərbaycanda uşağın anadan olmasına görə ailələrə ödənilən müavinətlərin məbləğinin artırılmasını təklif edir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib. Qeyd olunub ki, “Sosial müavinətlər haqqında” qanunla nəzərdə tutulan birdəfəlik müavinətlərin zəruri hallarda ödənildiyini nəzərə alaraq, uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il …

Read More »

Sahibə Qafarova hərbçilərin maaşlarının artmasından danışdı

“Ölkəmizdə ordu quruculuğu ölkə rəhbrəliyinin daim diqqət mərkəzindədir. Şanlı Ordumuzun nailliyyətləri Milli Məclisin iclasında da yüksək qiymətləndirilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir: “Bu yaxınlarda hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilib. Bu qərar zaman tələb edən …

Read More »

Pakistan vətəndaşının müvəqqəti yaşama icazəsi uzadılıb – MƏRUZƏ

Pakistan İslam Respublikasının vətəndaşı A. (2563-20) Ombudsmana müraciət edərək, ailəsi, o cümlədən iki azyaşlı övladı ilə birgə Azərbaycan Respublikası ərazisində yaşadığını, ona müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı müraciətlərinin təmin olunmadığını, bununla da əmək fəaliyyəti ilə məşğul ola və ailəsinin sosial problemlərini həll edə bilmədiyini qeyd edib, köməklik göstərilməsini xahiş edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları …

Read More »

Milli Məclisin iclası başlayıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 8 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında. 2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Ailə …

Read More »

Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilməsi təklif olunur

Ərizəçi İ. Azərbaycan Ombudsmanına müraciət edərək, həyat yoldaşının baş örtüyündən (hicabdan) istifadə etdiyini, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə əsasən, üz görünüşünün fotoşəkil üçün uyğun olmasına baxmayaraq, Gədəbəy Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən fotoşəklin çəkilməsindən imtina edildiyini bildirib, məsələnin qanunamüvafiq həllində köməklik göstərilməsini xahiş edib. Boyukmillet.com -un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin …

Read More »