Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Türkiyəli millət vəkilləri Azərbaycana və Şimali Kiprə səfər edəcəklər

TBMM Xarici işlər komissiyasının rəhbəri, AK Parti İstanbul millət vəkili Akif Çağatay Kılıç komissiya üzvləri ilə birlikdə Şimali Kiprə səfər edib, gələn həftə isə Azərbaycanı ziyarət edəcək. Boyukmillet.com xəbər verir ki, Anadolu Agentliyinə hər iki ölkəyə səfər proqramı barədə məlumat verən Kılıc Şimali Kiprdə Xarici işlər naziri Tahsin Ertuğruloğlu, Baş nazir Ersan Saner, Meclis Başkanı Önder Sennaroğlu və Prezident Ersin …

Read More »

Türkiyədə 11 şəhid hərbçinin cənazəsi doğulduqları rayonlara yola salınıb

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan 11 hərbçinin nəşi doğulduqları rayonlara yola salınıb. Boyukmillet.com  “TRT Haber”ə istinadən xəbər verir ki, şəhidlərin nəşi Bitlis şəhərinin Tatvan Dövlət Xəstəxanasından ambulanslarla Elazığ şəhərinə aparılıb. Oradan isə dəfn ediləcəkləri məmləkətlərinə yola salınıb. Qeyd edək ki, martın 4-də Türkiyənin Bingöl şəhərindən qalxan hərbi helikopter Bitlis şəhərinin Tatvan rayonunda qəzaya uğrayıb. Hadisə nəticəsində general-leytenant Osman Ərbaş da olmaqla 11 hərbçi şəhid …

Read More »

YAP-ın qurultayında altı partiyanın birləşmə ilə bağlı müraciətə baxılacaq

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilir. Boyukmillet.com  xəbər verir ki, qurultayda Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sədrləri iştirak edir. Belə ki, qurultayda onların YAP-a qoşulmaq üçün müraciətlərinə də baxılacaq.

Read More »

Nəqliyyat şirkəti 20 min manat cərimələndi

“Astara-nəqliyyat” ASC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı ASC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs Məmmədov Nizami Fərzulla oğlunun bir neçə şəxsi əmək müqaviləsi olmadan işə cəlb etməsi faktları aşkar edilib. …

Read More »

Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasında yanğın olub. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

Türkiyədə hərbi avtomobil qəzaya uğradı, xəsarət alanlar var

Türkiyədə hərbçilərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu baradə Boyukmillet.com  “Habertürk”ə istinadən xəbər verir. Məlumata görə, hadisə Şırnak-Cizrə magistral yolunun 25-ci kilometrliyində olub. Hərbçiləri daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 11 hərbçi xəsarət alıb. Yaralılar Şırnak və Cizrə dövlət xəstəxanalarına çatdırılıblar. Onların həyatı üçün təhlükə yoxdur.

Read More »

Suriyada YPG/PKK terrorçularının hücumu zamanı bir neçə nəfər yaralanıb

Suriyanın şimal-qərbində, Afrin şəhərinin Maryamin rayonunda YPG/PKK terrorçuları tərəfindən açılan raket atəşi nəticəsində bir neçə nəfər yaralanıb. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Zərbələr qruplaşma silahlılarının işğalı altında olan Tell-Rifat ərazisindən endirilib. Bildirilir ki, mərmi avtomobilə düşüb. Atəş nəticəsində nəqliyyat vasitəsi yararsız vəziyyətə salınıb və 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Afrin 18 mart 2018-ci ildə Türkiyə Silahlı …

Read More »

İlham Əliyev Ərdoğana başsağlığı verdi: “Bu xəbər məni olduqca kədərləndirdi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığıda deyilir: “Hörmətli cənab Prezident. Əziz Qardaşım. Hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və …

Read More »