Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov “Huawei Technologies Azərbaycan” MMC-nin baş direktoru Lu Canlin və şirkətin Avrasiya və Qafqaz regionu üzrə vitse-prezidenti Ma Titanla görüşüb. Görüşdə şirkətin Naxçıvan Muxtar Respublikası ilə əlaqələri, təhsil sahəsində informasiyaların sistemləşdirilməsi, təhsil və təcrübə laboratoriyalarının yaradılması, həmçinin təhsil sistemində distant təhsil avadanlıqları və proqram təminatının optimallaşdırılması sahəsində təcrübəsi, muxtar respublika …
Read More »Daha bir partiya YAP-a qoşuldu
Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib.Boyukmillet.com xəbər verir ki, partiyadan verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub. Qurultay şəhidlərimizin, partiyanın ilk başqanı, Milli Azadlıq Hərəkatının liderlərindən olan mərhum Məhəmməd Hatəmi Tantəkinin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.Qurultayda giriş nitqi söyləyən partiya başqanı Vüqar Oruc bildirib ki, ölkənin ilk siyasi …
Read More »Ərdoğan İrana qarşı birtərəfli sanksiyaları dayandırmağa çağırıb
“İrana qarşı birtərəfli sanksiyalar dayandırılsa, o, iqtisadi cəhətdən çiçəklənər və bölgədə sabitliyin bərqərar olmasına kömək edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videoformatda keçirilən konfransında bildirib. Türkiyə dövlətinin başçısı İrana qarşı birtərəfli sanksiyaları dayandırmağa çağırıb.
Read More »BBC 27 ildən sonra Ağdama qayıdan azərbaycanlı haqqında reportaj hazırlayıb
BBC uzun müddətdən sonra doğma yurduna qayıdan azərbaycanlı Natiq Allahyarov haqqında reportaj hazırlayıb. Boyukmillet.com xəbər verir ki, reportajda birinci Qarabağ müharibəsi zamanı ayağından yaralanmış N.Allahyarovun məcburi köçkünlər üçün yataqxanada yaşamasından, bir gün evinə dönməyi xəyal etməsindən və xəyallarının gerçəkliyə çevrilməsindən bəhs edilir.
Read More »Ceyhun Bayramovun məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ilin 22 fevral tarixində BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və digər partlayıcı sursatlar ilə kütləvi çirklənməsindən irəli gələn ciddi təhlükə və Ermənistanın minalanmış ərazilər ilə bağlı müvafiq məlumatı verməkdən imtina etməsinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bu barədə Xarici İşlər Nazirliyindən …
Read More »Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçirəcək
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri birgə təlimlər keçirəcək Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Can Azərbaycanla “bir millət, iki dövlət” anlayışı ilə bir və bərabər fəaliyyətə davam edirik. 6 həftə davam edəcək təlimlər üçün İspartaya gələn qəhrəman Azərbaycan Ordusuna mənsub qardaşlarımızı hava limanında qarşıladıq”, – nazirlikdən bildirilib.
Read More »Azərbaycan COVID-19-un kəskin olduğu ölkələr siyahısından çıxarıldı
Belarus hökuməti koronavirusa yoluxmaların baş verdiyi ölkələrin siyahısını yeniləyib. Boyukmillet.com xəbər verir ki, bu ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, koronavirusla bağlı əlverişsiz epidemioloji vəziyyət olduğu ölkələr siyahısından Azərbaycan, İslandiya, Qırğız Respublikası, Mərakeş çıxarılıb. Bundan sonra adı çəkilən 4 ölkədən qayıdan Belarus vətəndaşları 10 günlük karantin keçməyəcək.
Read More »Yəməndəki qiyamçılar “Saudi Aramco”nun obyektini raket atəşinə tutub
Yəməndəki qiyamçı husi silahlıları Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən ölkənin milli neft şirkəti – “Saudi Aramco”nun obyektlərini raket atəşinə tutub. Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı qanadlı raketlərdən istifadə edilib. Rəsmi Ər-Riyad və “Saudi Aramco”nun nümayəndəliyi hadisə ilə bağlı açıqlama verməyib. Qeyd edək ki, Yəməndəki “Ənsari-Hizbullah” adlanan husi qiyamçılarını ABŞ terrorçu təşkilatlar siyahısına salıb.
Read More »Ermənistan təyyarəsini İrandan geri almaq istəyir
“Ermənistan “Boeing-737”nin Yerevana qaytarılması üçün İranla danışıqlar aparır”. Boyukmillet.com “Lragir”ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deputatların məsələ ilə bağlı sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, “Fly Armenia Airways” aviaşirkətinə məxsus təyyarə Ermənistan Mülki Aviasiya Komitəsindən Estoniyanın paytaxtı Talinndən Ukraynanın Qostomel hava limanına boş reys etmək üçün icazə alıb: “Ancaq təyyarə komitənin ona əvvəlcədən təqdim etdiyi marşrut …
Read More »Bakıda avtomobil 10 yaşlı qızı vurub, sürücü qaçıb
Bakıda avtomobil 10 yaşlı qızı vurub. Boyukmillet.com xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Çiçək qəsəbəsi hissəsindən keçən ərazisində qeydə alınıb. Məlumata görə, avtomobil yolu keçən 10 yaşlı Fatimə Ağarzazadəni vuraraq ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Hazırda 10 yaşlı qızı vurub qaçan sürücü axtarılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar