Çərşənbə axşamı , 7 Aprel 2026

autor

“Azərpoçt”un baş direktoru vəzifəsindən azad edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Azərpoçt MMC-nin baş direktoru Emin Əfəndiyev vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, şirkətə rəhbərlik ötən aydan baş direktorun müavini olan Əfqan Cəlilova həvalə olunub. Xatırladaq ki, Ə.Cəlilov “Azərpoçt”dan əvvəl uzun illər hazırda ləğv prosesində olan AGBank ASC-nin İdarə Heyətinin sədri olub.

Read More »

MN: Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz həcmində əlavə edilib

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, Müdafiə nazirinin müvafiq əmrinə əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə …

Read More »

Ersin Tatarın Avropa Birliyi təmsilçisi ilə görüşünün vaxtı açıqlandı

Ersin Tatarın Avropa Birliyi təmsilçisi ilə görüşünün vaxtı açıqlandı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Avropa Birliyi Xarici əlaqələr və təhlükəsizlik siyasəti yüksək təmsilçisi Josep Borrell Fontellesi qəbul edəcək. Avropa.info xəbər verir ki, görüş bu həftənin cümə günü yerli vaxtla saat 14.30-da baş tutacaq.  Prezident sözçüsü Dr. Berna Çelik Doğruyolun açıqlamasına görə, nəzərdə tutulan görüşdə Avropa Birliyi ilə …

Read More »

Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli …

Read More »

Bakıda 55 min manatlıq dələduzluq edən ata və oğula cinayət işi açılıb

Prokurorluq kütləvi informasiya vasitələrində yayılmış daha bir müraciət üzrə cinayət işi başlanılıb. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində vətəndaş Mehtiyev Qabil Şahpələng oğlunun Vahid Əhmədov və oğlu Rəşad Əhmədov tərəfindən 55 min manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti dərc edilib. Qeyd edilən müraciət üzrə Xətai Rayon Prokurorluğunda araşdırma …

Read More »

COVID-19 əleyhinə peyvənd olunmayanlar Həcc ziyarəti edə bilməyəcək

Müsəlman zəvvarlar bu il Həcc ziyarətində yalnız COVID-19 əleyhinə peyvənd olunduqdan sonra iştirak edə biləcəklər. Boyukmillet.com  “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının səhiyyə naziri Tofiq ər-Rəbiyə bildirib. “Həcc ziyarətinə qatılmaq üçün əsas şərt yeni növ koronavirusa qarşı aşılanmaqdır”, – o deyib. Qeyd edək ki, bu il Həcc ziyarəti iyul ayının ikinci yarısına təsadüf edəcək. Xatırladaq ki, keçən il pandemiya …

Read More »

Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib

“Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial, film layihələri həyata keçirəcək”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə görüşdə söyləyib. O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal …

Read More »

Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi

Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 235 014 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib. Hazırda 2 807 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 …

Read More »

Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb

Son beş ildə paytaxtın inzibati ərazisində 432 ədədi pavilyon, 409-u məntəqə tipli olmaqla ümumilikdə 841 dayanacaq quraşdırılıb. 1191 dayanacaq təmir edilərək sərnişinlərin istifadəsinə verilib. Nəticədə dayanacaqların 42 %-i yenilənib, şəhər üzrə ümumi dayanacaq tələbatının 90,1 %-i təmin edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. İctimai nəqliyyat infrastrukturunun yenilənməsi zamanı informsiya texnologiyalarının imkanlarından da istifadə olunur. Bu çərçivədə Bakı şəhərində bio-smart avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. İlk belə dayanacaq pavilyonu Heydər …

Read More »

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22 498 nəfər vaksinasiya olunub. Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293 360 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Read More »