Rusiya fevralın 17-dən Azərbaycanla hava əlaqəsini rəsmən bərpa edəcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, müvafiq qərar fevralın 3-də Rusiya Federasiyası hökuməti tərəfindən qəbul edilib. Ölkələr arasında reyslər keçən il pandemiya fonunda dayandırılıb. Ölkələrin aviaşirkətləri həftə ərzində iki dəfə reys təşkil etmək imkanı qazanıblar. Rusiyanın “Aeroflot” şirkəti ötən həftə bildirib ki, fevralın 17-dən Bakıya həftədə iki reys təşkil etməyi planlaşdırır. …
Read More »Prezident Laçında Azərbaycan bayrağını ucaltdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dünən Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Laçında Azərbaycan bayrağını qaldırıb. Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb. https://www.instagram.com/p/CLSKw_NgVjj/media/?size=l
Read More »Bill Qeytsin qızından “çipləşdirmə” zarafatı
Son zamanlar adı müxtəlif növ konspiroloji iddialarda hallanan amerikalı milyarder Bill Qeytsin böyük qızı Cennifer “çipləşdirmə” barədə zarafat edib. Boyukmillet.com “RİA Novosti”yə istinadla xəbər verir ki, gənc xanım koronavirusa qarşı peyvənd olunduqdan sonra öz “Instagram” səhifəsində təəssüratlarını bölüşüb. “Təəsüf ki, vaksin dahi atamı mənim beynimə köçürə bilmədi”, – deyə Cennifer yazıb. O, bildirib ki, Maunt Sinay Tibb Mərkəzinin tədris müəssisəsində təhsil …
Read More »“Torpaqların bərpası prosesi artıq başlamışdır” – İlham Əliyev
“Zəngilan rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yol boyunca Zəngilan rayonunda da tədbirlər var. Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün isntaqram səhifəsində paylaşıb.
Read More »SON DƏQİQƏ: İlham Əliyev Laçında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Boyukmillet.com xəbər verir ki, səfərdən geniş reportaj fevralın 15-də təqdim ediləcək.
Read More »PKK terrorçularının öldürdüyü Türkiyə vətəndaşlarından 10-nun şəxsiyyəti məlum olub
PKK terrorçularının İraqın Qara bölgəsində qətlə yetirdikləri Türkiyənin 13 vətəndaşından bəzilərinin şəxsiyyətləri məlum olub. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Malatya valisi Aydın Baruş Qarada şəhid olan 13 nəfərdən 10-un şəxsiyyətlərinin müəyyənləşdirildiyini bildirib. O, qeyd edib ki, digər üç nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalındakı Qara bölgəsində PKK …
Read More »Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Boyukmillet.com-un məlumatına görə, başsağlığıda deyilir: Hörmətli cənab Prezident, Əziz Qardaşım, Xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbəri bizi olduqca sarsıtdı. Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Baş vermiş bu …
Read More »“Xocalının anımı və Cənubi Qafqazın gələcəyi” mövzusunda dəyirmi masa keçirilib
“Qafqaz jurnalistləri şəbəkəsi” və “Timberwolf Phoenix” MMC-nin birgə təşkilatçılığı ilə “Xocalının anımı və Cənubi Qafqazın gələcəyi” mövzusunda onlayn formatlı dəyirmi masa keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbir “Timberwolf Phoenix” MMC-nin vitse-prezidenti İrina Tsukermanın moderatorluğu ilə baş tutub. Tədbirdə Xocalı sakini, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızı Yasəmən …
Read More »Samir Adıgözəlli: “Ümid edirik ki, media sahəsində aparılan islahatlar bölgələri, xüsusilə də Qarabağı da tam əhatə edəcəkdir”
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin təsis etdiyi “Zəfər Media Mükafatı” təqdimatı bir neçə gün əvvəl Ağdamın Quzanlı qəsəbəsində keçirildi. İSBAM-ın sədri Samir Adıgözəlli ilə söhbətimiz bu mukafatın yaranma zərurəti və bölgə mediasıyla bağlı perspektiv planlar barəsində oldu. “Zəfər Media Mükafatı”nın yaranma ideyası və zərurəti nə vaxt meydana gəldi?İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq istər 2016-cı ilin Aprel döyüşlərində, …
Read More »“Njdenin Xocavənddəki heykəlinin sökülməsi, prezidentimizin diplomatik zəfəridir”
Cəlil Xəlilov: “Bu, həm də erməni faşizmi üzərində növbəti qələbə deməkdir” “Njdenin Xocavənddəki heykəlinin sökülməsi, prezidentimizin diplomatik zəfəridir”. Boyukmillet.com xəbər verir ki,, bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik baş verənləri həm də erməni faşizmi üzərində növbət qələbə kimi dəyərləndirib: “Alman faşizminin köləsi olan, minlərlə sovet hərbçisinin ölümünə imza ata Qaregin Njdenin Xocavənddəki heykəlinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar