Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan parlamentinə yeni mətbuat katibi təyin edilib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Mehman Qayıbov təyinat alıb. O, bu təyinata qədər parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyib. Qeyd edək ki, daha əvvəl Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri …

Read More »

Ağstafada toy edən şəxslər məsuliyyətə cəlb olunub

Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayonun Köçəsgər kəndindəki fərdi yaşayış evlərinin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları Polis Şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 6 nəfər barəsində İnzibati …

Read More »

ABŞ-da 133 avtomobil toqquşub, 65 nəfər xəsarət alıb, 9 nəfər ölüb – YENİLƏNİB

ABŞ-ın Texas ştatının şimal-şərq hissəsində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı 6 nəfərə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Dallas Morning News” hakimiyyət orqanlarına istinadən bildirib. Qeyd edilir ki, yol qəzasında xəsarət alanların da sayı artaraq 65 nəfərə yüksəlib. Onlar xəstəxanaya yerləşdirilib. Daha əvvəl Fort-Uert şəhərinin Polis İdarəsinin nümayəndəsi Deniel Sequra qəza zamanı 5 nəfərin öldüyünü bildirib. Texasın mərkəzi magistrallarından birində …

Read More »

Füzulidə erməni hərbçilərin meyitləri aşkarlandı

İkinci Qarabağ müharibəsində itkin düşmüş daha 4 erməni hərbi qulluqçunun meyiti aşkarlanıb. Bu barədə Boyukmillet.com  Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, erməni hərbçilərin meyitləri Fizuli rayonunda aparılan axtarışlar nəticəsində aşkar edilib. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub. Qeyd edilir ki, bununla da Qarabağda aparılan axtarışlar zamanı aşkarlanan itkin erməni hərbçilərin meyitlərinin sayı 1 371-ə çatıb.

Read More »

Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib

ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış edib. Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı Hörmətli ICESCO-nun Baş direktoru doktor Salim Al Malik. Xanımlar və cənablar. Əziz dostlar. İlk olaraq belə bir mötəbər tədbirdə fəxri qonaq …

Read More »

“Vətən müharibəsindəki qalibiyyət nümunəsi Ukraynaya təsir edib” – Sabiq səfirlə MÜSAHİBƏ

“Yaz-yay aylarında pandemiyanın yaratdığı gərgin vəziyyət səngiyəcək və Azərbaycanla Ukraynanın müvafiq qurumları hərtərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsinə yeni töhfələr verəcək”. Bunu Sfera.az-a müsahibəsindəUkraynanın sabiq səfiri Azər Xudiyev bildirib. Eks səfir iki ölkə arasında əməkdaşlıq və digər məsələlər barədə də sualları cavablandırıb. Sözügedən müsahibəni təqdim edirik: – Azər müəllim, hazırda Ukrayna və Azərbaycan münasibətləri hansı səviyyədədir? – Öncə onu deyim ki, …

Read More »

Ərdoğan Azərbaycanla imzalanan daha bir sazişi təsdiqləyib

Türkiyə və Azərbaycan hökumətləri arasında Mədəniyyət mərkəzlərinin qurulması, fəaliyyəti üzrə saziş təsdiqlənib. Boyukmillet.com  “Resmi gazete”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti müvafiq qərar imzalayıb. “2018-ci il aprelin 25-də Ankarada “Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında imzalanan Mədəniyyət Mərkəzlərinin Qurulması, İşi və Fəaliyyətlərinə dair Saziş”in təsdiqlənməsi uyğun görülüb. Saziş imzalandığı gündən qüvvəyə minib.

Read More »

Salyanda nişan mərasimi keçirənlər cərimələndi

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Noxudlu sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib. Məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati …

Read More »

İraqda Türkiyənin daha bir hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Qara bölgəsində həyata keçirdiyi “Pəncə Qartal-2” adlı antiterror əməliyyatları zamanı yaralanan kapitan Ertuğ Güler şəhid olub. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumatı yayıb. O, fevralın 10-da terrorçularla qarşıdurma zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ötən gün eyni bölgədə baş verən …

Read More »

Polislər Xocavənddə minalar aşkar ediblər

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən minaların aşkar edilməsi istiqamətində uğurlu tədbir həyata keçirilib.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində olan zaman orada düşmən tərəfindən qoyulmuş xeyli sayda mina aşkar ediblər. Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Əraziyə baxış keçirilən zaman …

Read More »