Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Read More »Bakıda avtobus qadını vuraraq öldürdü
Bakıda yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 8-də saat 7 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Əhmədov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini L.Qəhrəmanovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Read More »Zərdabda torpağın altında silah-sursat gizlədən şəxs saxlanıldı
Zərdab sakinindən silah-sursat götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Belə ki, şöbəyə vətəndaş Cəmaləddin Xammədovun üzərində silah sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər həmin şəxsi Zərdab-Ağcabədi yolunda saxlamağa nail olublar. C.Xammədovun …
Read More »Baş Prokurorluq: Atəşkəsdən sonra 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub
Baş Prokurorluq məlumat yayıb. Qurumun mətbuat xidmətindən daxil olan məlumatda deyilir: “Təəssüflə bildiririk ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir. 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak …
Read More »Bu gün Türkiyə milli kosmik proqramını elan edəcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ölkənin milli kosmik proqramı təqdim ediləcək. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, mərasimin açılışı Ankarada, Türkiyə Prezidenti Administrasiyasında, yerli vaxtla saat 19:00-da nəzərdə tutulub. Tədbirdə ölkənin kosmik sferada hədəflərinin elan olunması planlaşdırılır. Eyni zamanda Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin həyata keçirəcəyi layihələr də açıqlanacaq. Mərasimdə dövlət başçısı ilə yanaşı, Sənaye …
Read More »Tanzaniyada onlarla insan naməlum xəstəliyə yoluxub, azı 15 nəfər ölüb
Tanzaniyada naməlum xəstəlik azı 15 nəfərin həyatına son qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə sisteminin nümayəndələrinə istinadən “Anadolu” agentliyi bildirib. Səhiyyə nümayəndələrinin sözlərinə görə, infeksiya qanla qusmaya səbəb olur. Artıq infeksiyaya yoluxmuş 50-dən çox pasiyent xəstəxanaya yerləşdirilib. “Bu xəstəlik hələ geniş yayılmayıb, yalnız bir inzibati dairədə kütləvi yoluxma olub”, – Çunya dairəsinin baş həkimi Felista Kisandu deyib. Onun sözlərinə …
Read More »Naxçıvanda Vətən müharibəsi iştirakçıları ilə görüş olub – FOTOLAR
Boyukmillet.com xəbər verir ki, fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsi iştirakçıları ilə görüşüb, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şəxsi heyəti salamlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik …
Read More »Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxıldı
Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Əmrlə hər iki general ehtiyata buraxılıb.
Read More »Korrupsiyaya qarşı mübarizədə ictimai nəzarət gücləndirilməlidir
Hazırda ölkəmizdə həyata keçirilən islahatlar uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılmasında mühüm rol oynayır . Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritetini təşkil edir. Bu bəla, demək olar ki, müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə …
Read More »Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin 580 min manat bank krediti ödənilib
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə xərcləndiyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf olunub. Ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü: Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 3 383 284,75 manat, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar