Çərşənbə axşamı , 7 Aprel 2026

autor

ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır

ABŞ-ın həm Demokratlar Partiyası, həm də Respublikaçılar Partiyasından olan bir qrup senator Konqresə Aleksey Navalnının həbsi ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair qanun layihəsi təqdim edib. Boyukmillet.com xəbər verir ki, müvafiq məlumat Florida ştatının Respublikaçılar Partiyasından senatoru Marko Rubionun saytında dərc edilib. “Senatorlar beynəlxalq hüquq pozuntusu, həmçinin Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsində əli olan rusiyalı məmurlara qarşı məqsədyönlü sanksiyaların tətbiqini nəzərdə tutan …

Read More »

Bakı və İsmayıllı sakinlərindən silah-sursat götürüldü

Bakı və İsmayıllı sakinlərində silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad İsmayılovun qəsəbə ərazisindəki dəmir yolu stansiyasının platformasının altında gizlətdiyi nömrəsi silinmiş “AK” markalı silah, 1 ədəd patron darağı və …

Read More »

Rusların Qarabağa gətirdiyi ermənilərlə bağlı ŞOK FAKTLAR

Müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının müşaiyəti ilə Qarabağa qayıdan ermənilərin sosial vəziyyəti acınacaqlıdır. Boyukmillet.com  xəbər verir ki, Ermənistan mediası Qarabağa qayıdan ermənilərin üzləşdikləri problemlərdən yazıb. Əksər erməninin işğal dövründə Qarabağda yeganə dolanışıq sahəsindən – əkinçilik və heyvandarlıqdan məhrum olublar. Çünki əkin sahələri və otlaqlar Azərbaycan Ordusunun nəzarətindədir. Qayıdanların çoxu ya ərini, ya oğlunu, ya yaxınını müharibədə itirib və bu, …

Read More »

Samir Nuriyev Qarabağ qərargahının iclasını keçirdi

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun …

Read More »

Ermənistan hökuməti Laçından çıxan ermənilərə “qapını göstərir”

İşğal illərində zəbt etdikləri Laçından 10 noyabr bəyanatından sonra çıxmaq məcburiyyətində qalan ermənilər Ermənistan hökuməti üçün artıq ciddi problemə çevrilirlər. Belə ki, onlar Laçından Ermənistana qayıtdıqdan sonra hökumətin onlara heç bir dəstək göstərmədiyini bildirərək aksiyalara başlayıblar. Boyukmillet.com xəbər verir ki, 29 yanvarda keçirilən aksiyadan sonra dəfələrlə müxtəlif instansiyalarda görüşlər keçirən ermənilər Baş nazirin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçiriləcək və …

Read More »

Universitetlərin açılacağı dəqiq vaxt məlum oldu

Azərbaycanda fevralın 15-dən ali təhsil müəssisələrində əyani təhsil bərpa olunur.. Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 15-dən etibarən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, …

Read More »

Rusiya Müdafiə Naizrliyi Ağdamdakı mərkəzdən görüntülər yayıb

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların dayandırılmasına nəzarət vəzifələrini yerinə yetirməyə davam edir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb Bildirilib ki, rusiyalı sülhməramlılar “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejimini müşahidə edirlər. “Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə …

Read More »

Bu gün Lütfi Zadənin anadan olmasından 100 il ötür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür. Boyukmillet.com  xəbər verir ki, alimin anadan olmasının 100-cü ildönümüdür. Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. O, 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda …

Read More »

Abşeron Mühafizə Polisinə yeni rəis müavini təyin edildi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Tural Şahbəndiyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib. Qeyd edək ki, daha əvvəl Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində polis polkovniki Oqtay Dilavərov çalışırdı. O, xidmətdə olmanın son yaş həddi ilə …

Read More »

Krasnoyarskda matəm elan edilib

Rusiyanın Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğının söndürülməsi zamanı ölən 4 yanğınsöndürənin xatirəsinə Krasnoyarsk diyarında matəm elan edilib. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı diyarın başçısı Aleksandr Ussun Mətbuat xidməti yayıb. O, fevralın 5-ni yanğınsöndürənlərin xatirəsinə matəm elan edib. Qeyd edək ki, fevralın 3-də Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğın nəticəsində 4 yanğınsöndürən ölüb.

Read More »