Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Vətən müharibəsi qazisi prezident təqaüdü və müavinətlə təmin ediləcək

Vətən müharibəsində yaralanmış qazilərimizlə bağlı sosial dəstək işləri müharibədə xəsarət alaraq sağ ayağının bir hissəsi amputasiya olunmuş Rüstəmli Vüsal Tağı oğlunu və ailəsini (Lənkəran şəhəri) də əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, nazirliyin əməkdaşları Vüsal Rüstəmlini ziyarət ediblər. Qazinin ailəsi 6 nəfərdən (özü, anası, qardaşı, həyat yoldaşı və iki azyaşlı övladı) ibarətdir. Onun atası vəfat …

Read More »

Yerevanda Paşinyan əleyhinə aksiya keçirilir

Ermənistan müxalifəti Yerevanda ölkə hakimiyyətinə qarşı itaətsizlik aksiyası çərçivəsində avtomobil yürüşü keçirir. Bu barədə “Boyukmillet.com” Ermənistan mətbuatına istinadən xəbər verir. Avtomobil yürüşünün iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Xatırladaq ki, müxalifət ötən bazar günü də paytaxtda həmçinin avtomobil yürüşü keçirib. Aksiyanın iştirakçılarından biri polis tərəfindən saxlanılıb.

Read More »

İraqda 340 nəfər edam olunacaq

İraqın Prezident Administrasiyası terror aktlarının və qətllərin törədilməsinə görə ölümə məhkum edilmiş 340 nəfərin edamını təsdiqləyib. Bu barədə “Boyukmillet.com” “Anadolu” agentliyinə istinadən xəbər verir. Hakimiyyət nümayəndəsi İraqın rəsmi informasiya agentliyinə bildirib ki, qərar bütün konstitusiya və hüquqi aspektlərin öyrənilməsindən və şikayətlərin verilmə vasitələrinin başa çatmasından sonra qəbul edilib. Mənbə diqqəti ona yönəldib ki, bu şəxslərin edamı Bağdadda 21 yanvarda törədilmiş və 32 …

Read More »

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Məlumata görə, yeraltı təkanlar Qars əyalətinin Sarıqamış rayonunda qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə baş verib. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib. Qəndilli Rəsədxanası isə zəlzələnin 3,6 bal gücündə baş verdiyini bildirib. Dağıntı və ya tələfat qeydə alınmayıb.

Read More »

ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü

ABŞ-da koronavirusdan peyvənd olunan şəxs bir neçə saat sonra dünyasını dəyişib. Boyukmillet.com “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə Kaliforniyanın Pleyser dairəsi şerifinin ofisi bildirib. Hakimiyyət orqanları qeyd ediblər ki, dekabrın sonunda həmin şəxsdə COVID-19 aşkarlanıb. O, dairənin tibb müəssisəsində peyvənd olunmayıb. Hadisədən dərhal sonra bir neçə agentlik həm yerli, həm də federal səviyyədə ölümün baş verməsi səbəbinin araşdırılması …

Read More »

Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək

Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb. Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün …

Read More »

Azərbaycan və Türkiyə XİN rəhbərləri gəmiyə edilən hücumu müzakirə edib

Bu ilin 24 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib. Türkiyə xarici işlər naziri gəmi heyətinin …

Read More »

Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanı ilə telefonla danışıb. Bu barədə Boyukmillet.com “NTV”-yə istinadən xəbər verir. Kapitanla həmçinin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da əlaqə saxlayıb. Qeyd edək ki, Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib. Gəminin 19 …

Read More »

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı öldürülüb

Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib. Boyukmillet.com “NTV”-yə istinadən xəbər verir ki, gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb. Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: “Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb”.

Read More »