Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Sahil Babayevin anasının əlilliyinin saxta olması iddiası ilə bağlı rəsmi açıqlama

“Sosial şəbəkələrin verdiyi imkanlardan öz məkrli xislətinə uyğun istifadə edən, xaricdə oturub ölkəmizə qarşı şərəfsizcəsinə böhtan və qarayaxma kampaniyası aparanlar “fəaliyyətlərini” davam etdirirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin anası Nailə Babayevanın əlilliyinin guya əsassız olması barədə həqiqətdən və həm də ləyaqət hissindən uzaq paylaşımlar da bunun davamıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil …

Read More »

Polis Ermənistanın Rusiyadakı səfirliyini mühasirəyə alıb

Rusiya hüquq-mühafizə orqanları Ermənistanın Moskvadakı səfirliyini təhlükəsizlik tədbirləri ilə bağlı mühasirəyə alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-i yayıb. Qeyd edək ki, yanvarın 11-də Rusiya Erməniləri İttifaqı səfirlik qabağında Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlara getməsinə qarşı imzatoplama kampaniyası təşkil edib. Hazırda səfirlik qarşısında çoxsaylı erməni etirazçılar var. Bununla belə, N.Paşinyan artıq Moskvadadır. O, üçtərəfli danışıqlar üçün Kremlə …

Read More »

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlət başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar. “Azərbaycan Prezidenti Moskvaya çatıb, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya XİN və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri …

Read More »

Müdafiə Nazirliyi tərxis olunan şəxslərə müraciət edib

“Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır. Qeyd edək ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı, düşmənlərimizin maraqlarına xidmət edir”. Bu barədə Müdafiyə Nazirliyindən bildirilib. “Videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər isə həmin müraciətlərin anonim edilməsidir. Bir …

Read More »

Mixail Qorbaçovdan Qarabağla bağlı açıqlama

“Dağlıq Qarabağ problemi Azərbaycan və Ermənistanın aparıcı rolu qalmaqla qalibsiz və məğlubsuz hər iki tərəfin maraqları nəzərə alınmaqla həll edilməlidir”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov Qarabağla bağlı danışıqları dəyərləndirərkən bildirib. “Qarabağ məsələsinə gəlincə, çox ağır, köhnə, kökləri keçmişə gedib çıxan məsələdir. Biz münaqişə sərtləşəndə hər iki respublikaya yardım etməyə cəhd etdik. Bunun nəticəsi olaraq …

Read More »

Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub

Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qondarma “Dağlıq Qarabağ Respublikası” prezidentinin mətbuat katibi Vahram Poğosyan açıqlama verib. Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını açıqlayıb. Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yaymışdı.

Read More »

Bakıda gizli fəaliyyət göstərən “PlayStation” oyun zalı aşkarlandı

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa PlayStation club” oyun zalı aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Alfa PlayStation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati …

Read More »

Ali məktəblərdə imtahanların keçirilməsi qaydası açıqlanıb

Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb. İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən …

Read More »

Bakıda mağazadan 10 min ABŞ dolları oğurlandı

Bakıda mağazada oğurluq hadisəsi baş verib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də rayon ərazisindəki mağazaların birindən 10 000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abbasov və Şamaxı rayon sakini M.Mahmudov saxlanılıblar. Şəxsi axtarış zamanı M.Mahmudovdan metamfetamin aşkar edilərək götürülüb.

Read More »

Almaniyada şəhid, qazi ailələrinə yardım üçün xeyriyyə təşkilatı yaradılıb

Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı “Varliq-Fonds” e.V.” (“Varlıq” Fondu) fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, ötən gün fondun təsis yığıncağı keçirilib. Almaniyada yaşayan azərbaycanlıların vahid təşəbbüsü ilə yaradılan “Varliq-Fonds” e.V.” ictimai birliyinin ilk təsis toplantısı Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Şəhidlərimizin əbədi xatirəsinə dərin ehtiramın təcəssümü kimi yaradılan fondun əsas hədəflərindən biri şəhid və qazi …

Read More »