Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan Qarabağ bəyanatına əsasən işğaldan azad edilərək Azərbaycana qaytarılan Şurnux kəndini tamamilə tərk edən erməni ailələri Gorusa, bir ailə isə Qafana gedib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, ermənilər Şurnuxu tərk etməzdən əvvəl orada dağıntılar törədiblər, eyni zamanda kənddəki evləri yandırıblar. Şurnuxda yaşamış Akop …
Read More »Kürdəmirdə 41 yaşlı piyadanı avtomobil vurub
Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” markalı avtomobil yolu keçmək istəyən 41 yaşlı rayon sakini Əliyev Mehman Zeynəddin oğlunu vurub. Nəticədə Mehman Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Müharibədən qayıdan Tofiq Musayev: “Mən sözlə yox, əməllə göstərirəm”
“30 illik həsrətimiz başa çatdı. Sevinirik ki, Ali Baş Komandanın sayəsində qələbə qazandıq”. Bu fikirləri mediaya açıqlamasında Vətən müharibəsində iştirak etmiş MMA döyüşçüsü Tofiq Musayev deyib. 31 yaşlı idmançı müharibə başlayan gündən döyüşə yollanmaq istədiyini bildirib: “Artıq sentyabrın 28-də iştirak üçün müraciət etmişəm. Bu torpağın suyunu içib, çörəyini yeyirəmsə, özümə borc bilib getmişəm və Vətən qarşısında borcumu layiqincə yerinə yetirməyə çalışmışam. …
Read More »Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti …
Read More »Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı olub
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, zastavanın açılışında DSX-nın rəis müavinləri general leytenant İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər. Daha sonra dövlət himnimizin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb. “Bartaz” sərhəd zastavasında üç rəngli bayrağımız qaldırılıb
Read More »Mədəniyyət Nazirliyi işçi axtarır
Mədəniyyət Nazirliyi bir sıra vəzifələrin tutulması üçün daxili müsahibə elan edib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Aparat rəhbəri, Regional siyasət şöbəsinə müdir və Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinə müdiri vəzifəsinin tutulması üçün daxili müsahibə elan edilib.Müsahibədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə …
Read More »Bu il Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək
“Bir daha deyirəm, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. “İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il …
Read More »Fransa sülhməramlıları Malidə toyu bombalayıb, 100 nəfər ölüb
Mali mərkəzinin naməlum nişanlı təyyarə tərəfindən bombalanması nəticəsində azı 20 dinc sakin ölüb, 20 nəfər yaralanıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “A Bamaco” mətbu orqanı məlumat yayıb. Hadisə Mopti vilayətinin Duens şəhəri yaxınlığında Bunti yaşayış məntəqəsində baş verib. Məlumata görə, təyyarə toy mərasiminin iştirakçılarını bombalayıb. Bildirilib ki, Malidə Fransa Hərbi Hava Qüvvələrinin təyyarələri uçur. Onlar …
Read More »Azərbaycanda daha 802 nəfərdə koronavirus aşkarlanıb, 31 nəfər ölüb
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2 479 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 221 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 199 213 nəfər müalicə olunaraq sağalıb, 2 792 nəfər vəfat edib. Hazırda 19 396 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 435, bu günə …
Read More »Prezident: “Yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək”
“Bizim zəngin mədəni həyatımız var. Amma biz mədəni həyatımızı daha da zənginləşdirməliyik”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. “Ümid edirəm ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq. Biz də yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar