Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından …

Read More »

Bakıda 37 yaşlı qadın yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com-un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Məlikova Samirə Yusif qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Türkiyədə növbəti dəfə zəlzələ oldu

Türkiyənin Diyarbəkir əyalətində 3,3 bal gücündə zəlzələ olub. Boyukmillet.com  xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası və Zəlzələni Araşdırma İnstitutu məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Kulp rayonunda yerli vaxtla saat 00:41-də qeydə alınıb. Zəlzələ ocağı Kulp rayonunda, 5 kilometr dərinlikdə yerləşib. Bu, qonşu ölkədə son iki gündə qeydə alınan ikinci təbii hadisədir. Türkiyədə dünən də 4,2 bal gücündə zəlzələ …

Read More »

Türkiyədə 2 500 il yaşı olan Afrodita məbədi aşkarlandı

Türkiyədə arxeoloqlar təxminən 2 500 il əvvəl tikilmiş Afrodita məbədinin qalıqlarını tapıblar. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Daily Sabah” məlumat yayıb. Məbəd ölkənin qərbindəki Urla-Çeşme yarımadasında yerləşib. Tədqiqatçılar ümumilikdə 35 qədim qəsəbə tapıblar, onlardan 16-sı, həmçinin məbədin qalıqları neolit dövründən sonraya aiddir. Qazıntılara başçılıq edən arxeoloq Elif Koparal kəşfi “heyrətləndirici” və “cəlbedici” adlandırıb. O, həmçinin əlavə edib ki, Afroditanın inşasının eramızdan …

Read More »

ABŞ-da keşiş atışma zamanı öldürülüb, yaralananlar var

ABŞ-da baş vermiş atışmada azı bir nəfər həlak olub. Boyukmillet.com  xəbər verir ki, bu barədə ABC teleşirkəti məlumat yayıb. Məlumata görə, hadisə Texas ştatının Uaynon şəhərində baş verib. Atışma zamanı həmçinin bir neçə nəfər xəsarət alıb. Hadisə nəticəsində həlak olan şəxs keşişdir. Onun yerli kilsələrdən birində gizlənən şəxs tərəfindən öldürüldüyü bildirilir. ABC-nin məlumatına görə, kişi keşişdən aldığı odlu silahdan onun özünə atəş …

Read More »

Azərbaycanda daha 803 nəfərdə koronavirus aşkarlanıb, 30 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 843 nəfər müalicə olunaraq sağalıb, 2 733 nəfər vəfat edib. Hazırda 22 689 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 200, bu günə …

Read More »

Türkiyədə zəlzələ olub

Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib. Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib. Dağıntılar və ya tələfat barədə məlumat verilmir.

Read More »

Paşinyan erməni əsirlər və meyitlərlə bağlı Rusiyadan yardım istədi

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla Ermənistan-Rusiya əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Paşinyan görüşün gedişatında Ermənistan-Rusiya qarşılıqlı əlaqələrinin müzakirəsi kontekstində Overçukun səfərinin əhəmiyyətini qeyd edib. Paşinyan Overçukla Dağlıq Qarabağda yaranmış vəziyyəti, Ermənistana humanitar yardımı müzakirə …

Read More »

Ermənistan minlərlə türk malını İran malları ilə əvəz etməyə məcbur oldu

İran İslam Respublikasının Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi Ermənistanın 2 250 türk malını İran malları ilə əvəzlədiyini açıqlayıb. Bu barədə Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir. “Türkiyənin tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq, Ermənistan həmin ölkədən gətirilən 2 250 malın İran malları ilə əvəzlənməsi niyyətindədir”, – deyə İran rəsmisi bilirib. O, bunun İran istehsalçıları üçün fürsət olduğunu qeyd edib. Təşkilat rəsmisinin sözlərinə görə, Ermənistan …

Read More »

PKK Suriyada terror aktı törədib, ölən və xəsarət alanlar var

Suriyada terror aktı törədilib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Afrində baş verib. İlkin məlumata görə, terrorçular Cinderes qəsəbəsində çörək sexinin yaxınlığında minalanmış avtomobili partladıblar. Nəticədə 1 nəfər həlak olub, daha 8 nəfər xəsarət alıb. Onların hamısı dinc sakinlərdir. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Təhlükəsizlik orqanlarındakı mənbələr güman edir ki, terror aktını PKK terror qruplaşmasının Suriya qanadı törədib. Qeyd …

Read More »