Azərbaycanda yeni ilin ilk doğumu saat 00:48-də 4 saylı doğum evində qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən məlumat verilib. Bildiririlib ki, ilin ilk körpəsi qızdır, çəkisi 2 kq 700 qramdır.
Read More »Sabah paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Sabah- yanvarın 2-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib. Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
Read More »Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. Boyukmillet.com xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda …
Read More »Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb
2020-ci ilin dekabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, …
Read More »Bu gündən Azərbaycana gətiriləcək vaksinlər 2 il müddətində vergidən azad olunur
Bu gündən koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin Azərbaycana idxalı 2 il müddətinə ƏDV-dən azad olunur. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minib. Məcəlləyə edilmiş dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə …
Read More »Əfqanıstanda partlayışlar törədilib, ölənlər və xəsarət alanlar var
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində bomba partlayışı nəticəsində bir nəfər həlak olub. Bu barədə Boyukmilet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Nanqarhar əyaləti qubernatorunun administrasiyasının nümayəndəsi Ataullah Xoqiani bildirib ki, partlayıcı qurğu Cəlilabad şəhərində yolda qoyulub. Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. Kabildə də minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Read More »ÜST təcili istifadə üçün zəruri sayılan peyvəndin adını açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer”/”BioNTech” peyvəndini koronavirusdan təcili istifadə üçün tövsiyə edilən vaksinlərin siyahısına daxil edib. Bu barədə Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir. “Bu gün (cümə axşamı-red) ÜST təcili istifadə üçün siyahıya “Pfizer”/”BioNTech” istehsalı olan COVID-19 vaksinini daxil edib”, – açıqlamada bildirilir. Qeyd edilir ki, vaksinin siyahıya daxil edilməsi UNİCEF və Panamerikanın Səhiyyə Təşkilatının bu dərmanı ehtiyacı olan ölkələrdə …
Read More »Ermənilərin cəbhəboyu ərazilərdə basdırdıqları minalar zərərsizləşdirildi
Ötən ilin 21-31 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Qazax, Qubadlı, Tərtər rayonları və Mingəçevir şəhəri ərazilərində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 44, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 6 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub. ANAMA-dan bildirilib ki, daxil olmuş 51 …
Read More »Türkiyə hərbçiləri terrorçuları məhv edib
Türkiyə ordusu “Barış pınarı” zonasına keçməyə hazırlaşan PKK/YPG terror qruplaşmasının silahlılarını məhv edib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, PKK/YPG terror qruplaşmasının 4 silahlısı sülh və təhlükəsizliyi pozmaq üçün “Barış pınarı” zonasına daxil olmağa cəhd ediblər. Terrorçular Türkiyə hərbçiləri tərəfindən məhv edilib.
Read More »İstanbulda hərbi helikopter qəza təhlükəsi ilə üzləşib
İstanbulun Sabiha Gökçen Hava Limanında jandarm Baş Komandanlığına məxsus hərbi helikopterin arxa hissəsi işıq dirəyinə çırpılıb. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Məlumata görə, hadisə yerli vaxtla saat 17:45-də, helikopter hava limanına enərkən baş verib. Qəza ilə əlaqədar əraziyə tibb işçiləri, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib. Qeyd edilir ki, hadisə zamanı xəsarət alan və ya ölən olmayıb. Hadisə səbəbindən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar