Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, Xankəndində yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.
Read More »Separatçılar ermənilərin yarısının Qarabağdan qaçdığını təsdiqlədilər
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “nümayəndəsi” Artak Beqlaryan bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində – Qarabağda yaşayan ermənilərin yarıdan çoxu evlərini tərk edib. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Beqlaryan qeyd edib ki, ermənilərin əksər hissəsi Ermənistana qaçıb, digər hissəsi isə Qarabağ daxilində yerlərini dəyişiblər. O, bunu hərbi əməliyyatlarla əlaqələndirib. A.Beqlaryanın sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilərin 50 faizindən çoxu ərazini tərk edib. O, regionu tərk …
Read More »Ermənistan öz vətəndaşları üçün hərbi qaydaları daha da sərtləşdirdi
Ermənistan Dağlıq Qarabağda hərbi əməliyyatlara görə, əlavə məhdudiyyətlər tətbiq edərək, ölkədə sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyəti daha da sərtləşdirib. Boyukmillet.com-un Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat verilib. Nazirlər Kabinetinin qərarına görə, məmurların şübhə doğuran təşviqat aparması, ölkənin müdafiə qabiliyyətini tənqid, inkar etməsi və müvafiq materialların yayımlanması qadağandır. “Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının …
Read More »Ermənistanın Müdafiə Nazirliyi: Yaralı hərbçilərin 70 faizi orduya qayıtmır
İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda döyüşən silahlılarının cəmi 30 faizi yenidən hərbi xidmətə qayıdır. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan bildirib. O, hərbi qulluqçuların orduya “qısa” müddətdə qayıtdığını vurğulayaraq, bunu tibb işçilərinin “fədakarlığı” ilə əlaqələndirib. Nazirliyin nümayəndəsi Azərbaycan Ordusunun artilleriyadan intensiv istifadə etdiyini etiraf edib. Erməni hərbçinin sözlərinə görə, sentyabrın 27-dən …
Read More »MN: Azərbaycan Ordusunun döyüşlərdə iştirak edən qoşunlarının təminatı yüksək səviyyədədir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat …
Read More »Azərbaycan Yunanıstandan səfirini geri çağırıb
Ermənistan silahlı qüvvələrinin bu il sentyabrın 27-də Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib. Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətindən …
Read More »Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi
“Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu yaraqlı olaraq Azərbaycan hərbçiləri və dinc sakinlərinə hücum edirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. “Azərbaycanı ittiham etmək yerinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, – o qeyd edib. Xatırladaq …
Read More »Paşinyan çaşqındır – uduzur, “günah keçisi” və satqın axtarır
Azərbaycanın əks-hücumundan özünü itirən Ermənistan hakimiyyəti “günah keçisi” axtarır. İlk qurban Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Arqişti Kərəmyan oldu. Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə o, tutduğu vəzifədən azad edilib. 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra ölkədə bu vəzifəni daşıyanlar qurbana çevirilirlər. Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Onun keçmiş müavini Eduard Martirosyan ötən il …
Read More »Vətəndaşlarımızdan ordumuza tükənməz sevgi
Bu ilin sentyabrın 27- nən etibarən Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində hərbi əməliyyatlara başlamışdır. Müzəffər ordumuz düşmənə hər gün, hər saat ağır zərbələr vuraraq, torpaqlarımızın azad edilməsi istiqamətində qələbələr qazanmaqdadır. Zabit və əsgərlərimizdə olan ruh yüksəkliyinin əsas amillərindən biri də xalqımızın bütöv şəkildə ordumuzun və Ali Baş Komandanın yanında olmasıdır. Vətəndaşlarımız maddi və mənəvi hər baxımdan …
Read More »Litvalı jurnalist Qarabağdan yazdı
Litvalı jurnalist Gintaras Visotskasın Dağlıq Qarabağ münaqişəsi barədə köşə yazısı dərc olunub. Boyukmillet.com xəbər verir ki, müəllifin yazısı “slaptai.lt” portalında yayımlanıb. Jurnalist yazıda Avropa KİV-in Azərbaycan Ordusunun Qarabağdakı hərbi əməliyyatlarına emosional reaksiya verdiyini, Ermənistanın Gəncə və Tərtərdə mülki insanları hədəfə alması barədə isə bu tendensiyanı görmədiyini qeyd edir. Azərbaycanın aqressor kimi qələmə verilməsini tənqid edən yazar Gəncə və Tərtərin beynəlxalq aləm tərəfindən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar