Şənbə , 20 Aprel 2024
Drone Cameras

Ermənistan öz vətəndaşları üçün hərbi qaydaları daha da sərtləşdirdi

Ermənistan Dağlıq Qarabağda hərbi əməliyyatlara görə, əlavə məhdudiyyətlər tətbiq edərək, ölkədə sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyəti daha da sərtləşdirib.

Boyukmillet.com-un Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat verilib.

Nazirlər Kabinetinin qərarına görə, məmurların şübhə doğuran təşviqat aparması, ölkənin müdafiə qabiliyyətini tənqid, inkar etməsi və müvafiq materialların yayımlanması qadağandır.

“Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin olunması ilə bağlı fəaliyyətləri, o cümlədən çıxışlar və nəşrləri də daxil olmaqla, tənqid, təkzib edən, effektivliyə şübhə edən və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaları qadağandır”, – deyə qərarda bildirilir.

Qaydalara riayət olunmasına Ermənistan polisi  nəzarət edəcək. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına çap avadanlığı, radio və audio yayım avadanlığı və surətçıxarma maşınlarını müvəqqəti olaraq müsadirə etmək və ya üzərinə həbs qərarı qoymaq hüququ verilir.

Check Also

Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin …