Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,festival sentyabrın 26-ı və 27-i “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək. Festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı-sahibkarlar öz təsərrüfatlarının məhsullarını sərgiləyəcək və satacaqlar. Həmçinin tədbirdə incəsənət ustalarının ifa edəcəyi bir-birindən gözəl musiqi nömrələri, arıçılıq məhsullarının nümayiş olunduğu dekorasiyalı …
Read More »Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Qızılağac Milli Parkının və Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri növbəti nəzarət tədbirləri zamanı milli parkın ərazisində, Kiçik Körfəzin su akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bunu Xidmətin rəis müavini Arzu Səmədova bildirib. Onun sözlərinə görə, araşdırma zamanı brakonyerin Lənkəran rayon Liman şəhər sakini İlkin Əliyev olduğu və təbiətə 1023 manat ziyan dəydiyi məlum olub: …
Read More »Bakıda 3 yaşlı qızı oğurlayan qadına hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində üç yaşlı Zəhra Bağırovanı oğurlamaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrlik etydiyi iclasda hökm oxunub. Hökmə əsasən, T.Nəzərova 5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında baş verib. Üçyaşlı Zəhra Bağırzadə Sabunçu rayonunda itkin düşüb. Hadisə günü valideynləri Zəhranı evin böyük övladının …
Read More »Prezident AAYDA-ya 12,5 milyon manat ayırdı
Prezident İlham Əliyev sentyabrın 24-də “Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il …
Read More »Baş Prokurorluq ev dustaqlığının tələblərini açıqladı
Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən vətəndaşları maraqlandıran məsələlərlə …
Read More »Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, …
Read More »Bu il Gürcüstan Azərbaycandan 500 tona yaxın çay alıb
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 3 milyon ABŞ dolları dəyərində 489,5 ton çay idxal edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkə Azərbaycandan çay tədarükünü 6,4 ton artırıb. Hesabat dövründə Azərbaycan da Gürcüstandan çay idxal edib. Məhsulun həcmi 167,5 ton, dəyəri isə 1,2 milyon ABŞ dolları olub.
Read More »İsmayıllıda avtomobil dərəyə aşdı, sürücünün anası öldü
İsmayıllı rayonunda yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, sentyabrın 23-ü saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndi ərazisində Bakı şəhər sakini Azər Qədirli idarə etdiyi “Mitsubishi” markalı avtomobili dərəyə aşırıb. Nəticədə A.Qədirlinin sərnişini olan anası – Əliyyə hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Read More »XİN başçısı: “Gürcüstan-Azərbaycan əməkdaşlığı bölgədə sabitliyə xidmət edir”
“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq ildən-ilə genişlənir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq bölgədə və bölgədən kənarda sabitliyin təmin olunmasına xidmət edir. “Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT-nin Baş Assambleyasında Azərbaycanın Gürcüstanın təşəbbüskarı olduğu qətnaməni dəstəkləməsini yüksək qiymətləndiririk”. D.Zalkaliani …
Read More »“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanıldı
Dünya Bankının dəstəyi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır. İşsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar