Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Boyukmilet.com Prezident İlham Əliyevin Balaxanı qəsəbəsinin sakinləri ilə söhbətindən bəzi məqamları təqdim edir: “Balaxanı kəndinin yeni dövrü başlayır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanı kəndinə mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl o məşhur Balaxanı …
Read More »Prezidentin köməkçisi: “Azərbaycan Ordusu qadın, uşaq və yaşlılara qarşı müharibə aparmır”
Boyukmillet.com Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibəni təqdim edir. – Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözlədiyini deyib. Bu barədə nə deyərdiniz? – Azərbaycan ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb. Azərbaycan …
Read More »“WhatsApp”da yeni funksiya
Qlobal mesajlaşma xidməti olan “WhatsApp”da müvəqqəti mesajlar göndərməyə imkan verən yeni “Expiring Media” funksiyası işə salınıb. Boyukmillet.com bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Yenilik sayəsində göndərilən şəkillər, videolar və yaxud animasiyalar “alıcı” tərəfindən açıldıqdan və o, çatı tərk etdikdən sonra dərhal yox olacaq. İstifadəçilərin qarışıq salmaması üçün yoxa çıxan mesajlar adilərindən qrafik olaraq fərqlənəcək. Funksiya artıq “Android” smartfonlar üçün mobil tətbiqin …
Read More »Bu il Azərbaycan Türkiyədən 10 milyon dollarlıq avtobus alıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 10 milyon ABŞ dolları dəyərində avtobus idxal edib. Boyukmillet.com türk mətbuatına istinadən xəbər verir ki, bu barədə “Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi” (OIB) məlumat yayıb. Məlumata görə, 8 ay ərzində Türkiyədən Fransaya 154,8 milyon dollar, Almaniyaya 147,1 milyon dollar, İtaliyaya isə 89,6 milyon dolları dəyərində avtobus ixracı həyata keçirilib.
Read More »Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları fermerlərə xidmətə başlayır
Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobusları sentyabrın 28-dən etibarən bölgələrdə fermerlərə xidmətə başlayır. Boyukmillet.com xəbər verir ki bu Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, mikroavtobuslar vasitəsilə səyyar xidmət Masallı, Xaçmaz, Şəki, Kürdəmir, Şəmkir və Bərdə rayonlarında həyata keçiriləcək. Bu rayonlarda yaşayan fermerlər ərazi üzrə səyyar xidmət təşkil olunacaq kəndlərin siyahısını və xidmət qrafikini Dövlət Aqrar İnkişaf Mərkəzlərindən və Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı …
Read More »MM Sədri: “Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”
“Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin (MM) Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı deyib. O bildirib ki, münaqişə dövlətlərin ərazi bütövlüyü və tanınmış sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır: “Hesab edirik ki, Dağlıq Qarabağın statusunu müəyyən etmək məqsədi ilə oradan …
Read More »Müdafiə Nazirliyi deputata cavab verdi: “Fikirləri hərbi qanunlara ziddir”
Müdafiə Nazirliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin “Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözləyir” fikirlərinə münasibət bildirib. Boyukmillet.com-un xəbərinə görə, nazirliyin açıqlamasında qeyd olunub ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir. “Azərbaycanın mülki əhalisinə – qadınlara, uşaqlara və ahıllara qarşı …
Read More »Doğum və ölüm elektron qaydada qeydə alınacaq
Prezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanın məqsədi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsidir. Fərmana əsasən, doğumun və ölümün qeydə alınması üçün elektron qaydada müraciət edilməsi, doğum …
Read More »Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir. Cəmləşmə rayonlarına çıxarılan artilleriya bölmələri döyüş atışlarını yerinə yetirmək üçün …
Read More »Şəmkirdə top mərmiləri aşkarlandı
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis Şöbəsinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar