Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev yenidən erməni terrorçularının təhdidinə məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə T.Gəncəliyev özü bildirib. “Vətəndaşlar üçün müraciəti asanlaşdırmaq və anonim müraciət imkanları yaratmaq üçün istifadəyə verdiyimiz https://turalganjaliyev.com səhifəsi üzərindən erməni terrorçuları mənə təhdid göndəriblər. “Nemesis” erməni daşnaklarının təşkil etdiyi və Fətəli xan Xoyski, Beybud xan Cavanşir kimi …
Read More »DTX-nin həbs etdiyi sabiq məmur digər qurumlardakı vəzifələrində qalır
Azərbaycan Memarlar İttifaqı həbs olunan Fərhad Mollazadənin hələ də İttifaqdakı vəzifələrində qalmasına münasibət bildirib. İttifaqın İdarə heyətinin sədri Elbay Qasımzadə açıqlamasında bildirib ki, F.Mollazadə həmin qurumdakı vəzifələrində qalır: “Hazırda istintaq gedir, məhkəmə bununla bağlı qərar çıxararsa, biz də plenumun müzakirəsinə çıxararıq, plenum iştirakçıları hansı qərara gələrsə, onu açıqlayarıq. Fərhad Mollazadə hələ də Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, Azərbaycan Memarlar İttifaqı İdarə …
Read More »Kamran Əsədov: Belə getsə məktəblər yenidən bağlanacaq
Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib. Bu gözlənilən idi. Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə 2 həftə sonra tədris prosesi dayandırılacaq.Bu gün Bakı şəhərində 30 dan çox məktəbin qarşısında monitorinq apardım.Bəli, valideyinlər məktəbə buraxılmır. Amma bu həll yolu deyil. 1. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmən girişdən də çıxmamalıdırlar. Dərslər növbəli olduğuna görə …
Read More »Prezident və Mehriban Əliyeva yeni gətirilən təcili yardım avtomobilləri ilə tanış olublar
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb
Read More »Ceyhun Bayramov idarə rəisini vəzifədən çıxardı, yeni təyinat oldu – XİN-də növbəti dəyişiklik
Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi dəyişdirilib. Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə işdən çıxarılıb. Nazirin digər əmri ilə Rzayev Ramil Əbil oğlu həmin idarənin rəisi vəzifəsinə təyin olunub. R.Rzayev bu təyinata qədər Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləyib
Read More »Prezident Adminstrasiyasına dəvət olunan Ərtoğrula vəzifə verildi
Daim yumoristik video dublyajlarla izləyicilər qarşısına çıxan Ərtoğrul Kamalov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyin olunub. Bunu medyaya Ərtoğrulun özü də təsdiq edib: “Bilirsiniz ki, son dönəmlərdə ölkəmizdə yenidənqurma işləri, kadr dəyişiklikləri, gəncləşdirmə siyasəti istiqamətində uğurlu addımlar atılır. Cənab Prezidentin yürütdüyü bu siyəsət çox təqdirəlayiqdir. Gənclərə şərait yaradılmasından gözəl nəsə ola bilməz. Mən də Mədəniyyət Naziri vəzifəsini …
Read More »Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Əlahəzrət, Əziz Qardaşım, Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Dostluq, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan Respublikası …
Read More »Bu il Azərbaycanda 4 mln ton neft emal edilib
Azərbaycanda neft emalı 2020-ci ilin 8 ayında 4 mln ton təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 201 min ton az olub. Qeyd edək ki, Azərbaycanda neft emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.
Read More »Bakıda 5 mindən çox valideyn övladını məktəbə göndərməkdən imtina edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələri üzrə xüsusi iltizam forması imzalayaraq övladını məktəbə göndərməyən valideynlərin sayı 5 262 nəfərdir. Bu barədə BŞTİ-dən “Report”un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, yeni tədris ilindən etibarən I-IV siniflər üzrə əyani və distant (məsafədən) formada keçirilən dərslərə şagirdlərin davamiyyəti qənaətbəxşdir: “V-XI sinif şagirdləri isə tədrisə distant formada başlayıb. Övladlarını məktəbə göndərməyə ehtiyat edən …
Read More »Bakı metrosunda bəzi qatarlar gecikmə ilə hərəkət edir
“Bakı Metropoliteni” QSC-nin “Nəriman Nərimanov” və “Ulduz” stansiyaları arasında qatarların hərəkətini tənzimləyən işıqforda baş vermiş nasazlığa görə, hazırda hərəkətdə gecikmələr müşahidə olunur. Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, bəzi qatarların gecikməsi 2-3 dəqiqəyə çatır, əksər qatarlar isə interval göstəricisinə uyğun hərəkət edir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar