Bazar ertəsi , 6 Aprel 2026

autor

Erməni diversantı: “Ordumuzun Azərbaycana qalib gəlmək şansı yoxdur”

“Ermənistan Silahlı Qüvvələrinin zabiti olaraq mən Azərbaycanın işğal altında olan ərazilərində xidmətimi davam etdirmək istəməmişəm”. Boyukmillet.com xəbər verir ki, bunu avqustun 23-ü saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan videomüraciətində deyib: “Lakin hərbi qulluqçu kimi məcburiyyət qarşısında …

Read More »

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Open.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 281 nəfər müalicə olunaraq sağalıb, 522 nəfər …

Read More »

ANS bərpa olunur — RƏSMİ

Məşhur TV və radio jurnalistləri, ANS şirkətlər qrupunun qurucuları, qardaşlar Vahid və Seyfulla Mustafayevlər yeni bir layihə yaradıblar. Qardaşlar “Youtube”da yayımlanan videoda Çingiz Mustafayev adına ANS-in fəaliyyətini bərpa ediblər. İnternet kanalının yaradılması görkəmli azərbaycanlı jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 60 illik yubileyi ilə əlaqədardır. Xatırladaq ki, 2015-ci ilə qədər Çingiz Mustafayev adına ANS radiosu 102 FM radio dalğasında fəaliyyət …

Read More »

Bütün cərimələri Ramiz Mehdiyev ödəyib – Nəvə toyu ilə bağlı maraqlı detallar

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qalmaqala səbəb olan nəvə toyu ilə bağlı maraqlı məqamlar üzə çıxmaqdadır. Boyukmillet.com xəbər verir ki, toyda 200-ə qədər adam olub. Qonşuların sözlərinə görə, təkcə sürücüsü ilə gələn qonaqların sayı 50-dən çox imiş. Bağ evində dəbdəbəli mağar qurulub və qonaqlar orda qarşılanıb.Məlumatlı şəxslər deyir ki, qızın atası, sabiq deputat İlham Əliyev bu toyun baş tutmasında …

Read More »

Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi Prezidentin sərəncamı ilə müəyyənləşir. Buna uyğun olaraq, Prezident Administrasiyasının rəhbəri kimdirsə, komissiyanın sədri vəzifəsini də həmin şəxs daşıyır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Modern.az-ın Əfv Məsələləri üzrə Komissiyanın tərkibi haqqında sorğusunu cavablandırarkən qurumun üzvü, “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib. Ə.Nuriyev sosial şəbəkələr və bəzi KİV-lərdə Ramiz Mehdiyevin hələ də …

Read More »

Ceyhun Bayramov Rusiyayada səfərdədir

Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb. Boyukmillet.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Səfər çərçivəsində Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Read More »

Sənin Rusiya qarşısında hansı xidmətlərin olub ki, 7 medal almısan?

Seymur VERDİZADƏ Siyavuş Novruzov sahib olduğu orden və medalları yaxasından asanda, pencəyinin bir tərəfi əyilir. Zarafat deyil, adam bu günə kimi 22 orden-medal alıb. Hamısını bir yerə yığanda, 2 kiloqramdan çox edir. Saat taxmağa belə lüzum görməyən mənim kimi ərincək adamlar yaxasında 2 kiloqram dəmir gəzdirən deputat yoldaşa həsəd aparmalıdırlar… Əməkdaşımız Siyavuş müəllimin bu orden və medallara necə sahib oldğunu …

Read More »

Vilayət Eyvazov bölmə rəisini və əməkdaşlarını işdən çıxardı

Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb. Turkustan.info unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.

Read More »

Azərbaycanda kriminal avtoritet həbs olundu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, kriminal aləmdə “Krıtı Malış Gəncəli” ləqəbi ilə tanınan …

Read More »

Ramiz Mehdiyevə 3 gün vaxt verildi…

Xəbər verildiyi kimi, dünən avqustun 25-də Milli Elmlər Akademiyasının prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev AMEA-nın rəsmi saytında son vaxtlar barəsində tənqidi açıqlama və məqalələrlə çıxış edən bir sıra deputatlar, sabiq məmurlar, jurnalistlər, politoloqlar, partiya sədrlərinə  və s. qarşı təhdid xarakterli növbəti bəyanat yayıb. O, adlarını çəkdiyi həmin şəxsləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə(şəxsin …

Read More »