“Pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var – “buzlu şüşə” mənzərəsi. Bəzən bunu “buz kristalı”, “buz parçası” kimi də adlandırırlar. Bu görüntü ilk əvvəl adı və səslənməsi ilə insanlarda təlaş, narahatlıq yaradır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova bu “buzlu şüşə”nin mahiyyətindən danışarkən …
Read More »Nursultan Nazarbayevin “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
Ötən gün türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin 80 illik yubileyi tamam olub. Boyukmillet.com xəbər verir ki, Nursultan Nazarbayev dünyada və türkdilli ölkələrdə böyük nüfuza malik şəxsiyyətdir. Bir çox türkdilli beynəlxalq təşkilatlarının formalaşmasında onun danılmaz xidmətləri vardır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Sammitində Nursultan Nazarbayevə şuranın Fəxri prezidenti statusu verilib, o, həmçinin “Türk Dünyasının Ali Ordeni”nə layiq görülüb. Beynəlxalq Türk Mədəniyyəti və …
Read More »Ağdərənin işğalından 27 il ötür
Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümüdür. Boyukmillet.com xəbər verir ki, iyirmi yeddi il əvvəl –1993-cü il iyulun 7-də ermənilər Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri – Ağdərə rayonu və onun kəndlərini işğal ediblər. İşğala qədər Ağdərənin 14 …
Read More »Sabirabadda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
Sabirabadda 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Böyükmillet.com xəbər verir ki, hadisə ötən gün axşam baş verib. Belə ki, “Shagman” yük maşını ilə “Toyota Prado” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər – Hüseynov Azər Şakir oğlu və Nigar Məmmədova ölüb. Qeyd edək ki, qəzada ölən A.Hüseynov Sabirabad rayon Mədəniyyət evinin əməkdaşıdır. Qəza zamanı xəsarət alan …
Read More »Türkiyədə sağalanların sayında artım var
Türkiyədə son 24 saatda 16 nəfər dünyasını dəyişib, 1086 nəfərdə Covid-19 aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 241-ə, yoluxanların sayı isə 206 min 844-ə yüksəlib. 2315 xəstə isə sağalaraq evə buraxılıb. İndiyədək 182 995 pasiyent Covid-19-a qalib gəlib. Gün ərzində 52 193 test edilib.
Read More »Nazirlikdən Bakıda kəskin qoxunun yayılması ilə bağlı açıqlama
Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy- qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən araşdırma aparılıb. Bunu Open.az-a açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib. İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir. O, …
Read More »Prezident “Fairmont” hotelində karantin rejiminin pozulmasından DANIŞDI
“Xəstəliyin yayılmasının səbəbi bəzi insanlarınn məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırdıq. Bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.Dövlət başçısı müsahibə zamanı ötən gün “Fairmont” hotelində karantin rejiminin pozulmasından da söz açıb:“Amma biz görürük ki, insanlar nümayişkəranə …
Read More »Əsgərə həqarət edən şəxs saxlanıldı – VİDEO
Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət olunaraq onun barəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən …
Read More »QHT sədri: Nazirlər Kabinetinin 208 nömrəli qərarına dəyişiklik edilsin!
QHT rəhbərindən Operativ Qərargaha təklif: NK-nin 208 nömrəli qərarın əlavəsinin 7-ci bəndi yeni redaksiyada verilsin.Bildiyimiz kimi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bəzi icazələri ləğv edib.İcazələri ləğv olunan sahələrdən biri də QHT sektorudur.Bununla bağlı “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə təkliflə çıxış edib.“Bu problem nədən yaranıb və niyə həll olunmur?Mənə təsir …
Read More »Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ
“Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atası həbs edilib. Boyukmillet.com xəbər verir ki, DTX-nin həbs etdiyi XİN əməkdaşlarından biri də Səlim Əlizadədir. Səlim Əlizadə müğənni Safura Əlizadənin atası, keçmiş Sənaye və Energetika naziri Natiq Əliyevin qudasıdır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar