Kürdəmir rayon sakini intihar edib. Boyukmillet.com xəbər verir ki hadisə bu gün səhər saatlarında Cəyli kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Yusif Əlmövsüm oğlu Dadaşov yaşadığı evdə özünü asıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları və prokurorluğunun əməkdaşları cəlb olunub. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Y.Dadaşov ailəlidir və iki qız atasıdır.
Read More »İlham Əliyev: “Xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin”
“Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına …
Read More »Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, dövlət başçısı televiziya ilə yayılan təbrikində deyib: – Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir. Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, …
Read More »“Necə olur ki, yenə SOCAR-la şıdırğı alver zamanı…” – Aslan İsmayılovdan Mübariz Mənsimov haqda şok iddialar
“Mən Mübariz Mənsimovun həbsinə sevinməmişəm, elə indi də ona azadlıq arzulayıram”. Mia.az xəbər verir ki, bu açıqlama ilə məşhur hüquqşünas Aslan İsmayılov növbəti dəfə çıxış edib. O, bildirib ki, sosial şəbəkələrdə davamlı olaraq onu təhqir edir və nə üçün Palmali Hildinqin Türkiyədə həbs olunan prezidenti Mübariz Mənsimovu müdafiə etmədiyini bildirirlər. A. İsmayılov Mənsimovun keçmiş həyat yoldaşının vəkili olduğunu, onun haqda çox şey …
Read More »Bayram gününə olan hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında martın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 …
Read More »İran və Rusiyaya BÖYÜK ŞOK: İqtisadiyyat çökür, neft ucuzlaşır, sosial narazılıq yaranır
Brent markalı neftin qiyməti 2003-cü ilin sentyabr ayından bəri ilk dəfə 25 dollardan aşağı düşüb. Dünən Bakı vaxtı ilə saat 20:30-da Londonda keçirilən hərracda Brent markalı neftin qiyməti 24,75 dollara enib. Bu gün Brent nefti 15% ucuzlaşıb. Bu vəziyyət isə neft istehsalçısı olan dövlətlərin iqtisadiyyatına ciddi şəkildə təsir edəcək. Xüsusən də neft istehsalının maya dəyəri baha başa gələn ölkələrin iqtisadiyyatı …
Read More »Nərmini qətlə yetirməkdə təqsirləndirilən şəxsdən YENİ XƏBƏR
Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Vəkil Əlibaba Rzayevin APA -ya verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 aya qədər artırılıb. …
Read More »Bakıdan rayonlara getməyə icazə var? – RƏSMİ AÇIQLAMA
“Bakıdan bütün günlərdə rayonlara avtobusların çıxışına icazə verilir”. Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “Facebook”da yazıb. O qeyd edib ki, qərara dəyişiklik edilib: “Bayram günlərində də Bakıda olan vətəndaşlarımız rayona gedə bilərlər. Bakı Beynəlxalq Avtovağzalı axıra kimi işləyəcək. Dəyişikliyi vətəndaşlarımız üçün etdik. Amma rayondan Bakıya avtobusların gəlişinə icazə verilməyəcək. Yalnız Bakı qeydiyyatı olan vətəndaşlar qayıda bilərlər”. …
Read More »Kornavirusdan sağalan italiyalı qadın: “Gözlərimə, bədənimə yaxşı baxın” – VİDEO
Koronavirusdan sağalan 43 yaşlı italiyalı baytar Daniela De Rosa Youtube kanalında video yayımlayıb. “Karma Karışık” adlı Youtube kanalı xəbər verir ki, Daniela De Rosa video vasitəsilə virusun orqanizminə vurduğu zərərləri sadalayıb: “Qorxunc bir sətəlcəm, tənəffüs çatışmazlığı ilə virus ağ ciyərlərimin hər ikisini məhv etdi. Günlərlə tənəffüs çatışmazlığı ilə mübarizə apardım. Koronavirusla üz-üzə gəldim. Amma bu gün danışa biləcək vəziyyətimə qayıtdım”. …
Read More »Sabahdan Novruz tətili başlayır
Sabahdan – martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda martın 20-si və 21-i Novruz bayramıdır. Novruz tətili isə 20-28 mart tarixlərini əhatə edir. Belə ki, Baş Nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə imzaladığı qərarla 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. Beləliklə, bu il 20-28 mart tarixləri qeyri-iş …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar