Bazar ertəsi , 6 Aprel 2026

autor

Gürcüstan hökuməti etiraza səbəb olan qanunu dəyişməyə hazır olduğunu deyir

Baş nazir İrakli Kobaxidze: “Müzakirəyə hazırıq” Gürcüstan hakimiyyəti kütləvi etirazlara səbəb olan “Xarici agentlər haqqında” Qanuna dəyişiklik edəcəyini vəd edib. “Rustavi 2” xəbər verir ki, bu barədə Avropa Şurasının (AŞ) Baş katibi Alen Berse Tbilisidə mətbuat konfransında bildirib. Daha sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakimiyyətin qanuna dəyişiklik etməyə hazır olduğunu təsdiqləyib. “Əgər kimsə bizə “Xarici təsirin şəffaflığı haqqında” Qanunun hüquq prinsiplərini …

Read More »

Ərdoğandan Almaniyadakı hücuma sərt reaksiya

Ötən gün Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına edilən iyrənc hücumu qətiyyətlə pisləyirəm. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Hücumda həyatını itirənlərin ailələrinə, dost Almaniya xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, – Türkiyə lideri vurğulayıb. Qeyd edək ki, ötən gün axşam Maqdeburqda Milad yarmarkasında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 4 nəfər ölüb, 205 nəfər …

Read More »

Əsəd Rusiyaya qaçarkən bu iki şəxsi də aparıb

Suriyada hakimiyyətin devrilməsindən sonra Bəşər Əsəd Rusiyaya qaçarkən prezidentin işlər naziri Mənsur Əzzam və mühafizə bölməsinin rəisi, briqada generalı Muhsin Məhəmməd onu müşayiət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Majalla” məlumat yayıb. Bildirilib ki, Əsədin qardaşı Mahir Əsədə və ən yaxın köməkçilərinə belə onun getməsi barədə məlumat verilməyib.

Read More »

Sabunçuda 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu

Göyüşovların Azərbaycandan Almaniyaya qədər uzanan biznes şəbəkəsi İpoteka və Kredit Zəmanət Fondu “Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması” tenderinin nəticələrini elan edib. Satınalma portalının məlumatına görə, tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC (VÖEN- 3100026151) olub.  Qalib şirkətlə ümumilikdə dəyəri 138 milyon 800 min 96 manat məbləğində müqavilə imzalanıb.  Şirkət haqqında daha ətraflı Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə …

Read More »

Britaniya azərbaycanlı iş adamlarına məxsus şirkətlərə sanksiya qoydu

“Şirkətlər Putinin qiymətli neft ticarətini təmin edən əsas dayaqlardan olub” Azərbaycanlı iş adamlarına məxsus şirkətlərin Böyük Britaniya hökumətinin sanksiya siyahısına salındığı bildirilir. Böyük Britaniyanın Baş nazirliyinin ofisinin yaydığı məlumatda deyilir ki, sanksiya “2Rivers DMCC” və “2Rivers PTE LTD” şirkətlərinə, eləcə də Putinin “kölgə neft donanması”na məxsus 20 neftdaşıyan tankerə qoyulub. “Şirkətlər Putinin qiymətli neft ticarətini təmin edən əsas dayaqlardan olub, sanksiyalar …

Read More »

Almaniyada avtomobil izdihamın üzərinə sürüldü: azı 2 ölü, 80 yaralı

Polisin sürücünü nəzarətə götürdüyü deyilir Dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərindəki Milad bazarında avtomobilin izdihamın üzərinə çırpıldığı bildirilir. Alman mediasının məlumatına görə, azı iki nəfər həlak olub.  Regional hökumət sözçüsü hadisəni hücum adlandırıb. Şəhər sözçüsü Maykl Reif çoxlu sayda insanın yaralandığını deyib. Yaralıların sayının 80 nəfər civarında olduğu bildirilir.  Yerli hökumət mənbələrinin məlumatına görə, polis sürücünü nəzarətə götürüb. Hakimiyyət Milad bazarını bağlayıb …

Read More »

Zelenski Rusiya qazının Azərbaycan brendi kimi tranzit edilməsinə qarşı çıxdı

“Biz onların qanımız üzərində daha çox milyardlar qazanmasına icazə verməyəcəyik” Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qazının Azərbaycan brendi altında tranzit edilməsinə imkan verməyəcəklərini deyib. Prezident dekabrın 19-da Brüsseldə Avropa İttifaqı (Aİ) liderləri ilə görüşündən sonra bildirib ki, Ukrayna bu ilin sonundan sonra Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməyəcək. Onun sözlərinə görə, qadağa Rusiya qazının Azərbaycan qazı adı altında Avropaya satılması …

Read More »

Rəsmi Bakı səfirliyin açıqlamasına görə Vaşinqtonu qınadı

“”Namərdlik” geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə etməkdir” Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin Azərbaycandakı səfirliyinə cavab verib. XİN-nin mətbiat katibi Ayxan Hacızadə ABŞ-ni məsələlərə ikili standartlarla yanaşmaqda qınayıb: “Özünü beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəçisi kimi qələmə verən və bir çox insan hüquqlarını heçə sayan ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir”. “Unutmayaq ki, əsl …

Read More »

Abxaziyada iki deputat güllələlənib

Vaxtanq Qolandziya öldürülüb, Kan Kvarçiya isə yaralanıb Tanınmamış Abxaziya Respublikasının parlamentində atışma olduğu bildirilir. Məlumata görə, deputat Vaxtanq Qolandziya öldürülüb, müxalifətçi Kan Kvarçiya isə yaralanıb. Parlamentdə atışma zamanı kriptovalyuta mədənçiliyinin qadağan edilməsi ilə bağlı qanun layihəsinin müzakirə olunduğu bildirilir. Gürcüstanın tərkib hissəsi olan Abxaziyanın de-fakto lideri Aslan Bjaniya bir neçə həftə əvvəl istefaya gedib. Buna Rusiya ilə imzalanan mübahisəli investisiya müqaviləsinin …

Read More »