Bazar ertəsi , 6 Aprel 2026

autor

Çexiya Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanıyıb

Senat aktı yekdilliklə qəbul edib, əleyhinə çıxan olmayıb Çexiya Senatı 1944-cü ilin mayında Krım tatarlarının deportasiyasını soyqırım aktı kimi tanıyan qətnaməni yekdilliklə qəbul edib. Bu barədə Krım Tatar Xalqının Məclisi məlumat yayıb. Senatda sənədin lehinə 70 deputat səs verib, əleyhinə və ya bitərəf qalan olmayıb. Bununla da, Çexiya Krım tatarlarının deportasiyasını soyqırım kimi tanıyan yeddinci ölkə olub. Bundan əvvəl müvafiq qərarlar Ukrayna, …

Read More »

Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib

Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin icraatına verilib. Bu barədə  vəkil Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, erməni hərbi cinayətkarlar tərəfindən Birinci Qarabağ müharibəsində şəhid olmuş atası Məhərrəm Məmmədov zərərçəkmiş kimi tanınıb: “Onun hüquqi varisi qismində məhkəmədə iştirak edəcəm”. Xatırladaq ki, Adəm Məmmədovun atası Məhərrəm Məmmədov Zərdab rayon Məhkəməsinin sədri olub. 1993-cü il avqustun 24-də …

Read More »

Çin azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpasında Azərbaycanı dəstəkləməyə hazırdır

Çin Azərbaycana humanitar minatəmizləmə əməliyyatlarında yardım göstərməyə və azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli töhfə verməyə hazırdır. Boyukmillet.com  xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Çin Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq quraraq Azərbaycanın Qarabağ bölgəsinin bərpasına dəstəyini nümayiş etdirib. “Çin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək verir. …

Read More »

Polis məşhur memar Turqut Toydemiri güllələyib

İstanbulda polis əməkdaşı yolda mübahisə etdiyi sürücünü saxlamaq istəyib. Mübahisə böyüyərkən polis əməkdaşı digər avtomobilə atəş açıb. Boyukmillet.com türk mediasına istinadən xəbər verir ki, sürücü ağır yaralanarkən, polisin güllələdiyi şəxsin 86 yaşlı memar Turqut Toydemir olduğu üzə çıxıb. Toydemirin səhhətinin ağır olaraq qaldığı öyrənilib. Polis əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.

Read More »

Siyavuş Novruzov: – Özünü səfir kimi yox, səfil kimi aparmağa başlayıb

Bəzi səfirlər Azərbaycanda diplomatik yox, siyasi faəliyyətə başlayıblar. Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib. “Hesab edirəm ki, bunlara qarşı Xarici İşlər Nazirliyi tərəfindən addımlar atılır. Daha da ciddi tədbirlər görülməlidir. Fransa səfiri özünü səfir kimi yox, səfil kimi aparmağa başlayıb. Azərbaycan təhlükəsizlkik adasıdır. Bu adanı hamımız qorumalyıq”, – deputat qeyd edib.

Read More »

Tramp Avropanı hədələdi

Brüssel ABŞ-dan neft və qaz alışını artırmayacağı təqdirdə AB-yə qarşı idxal rüsumları artırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb. “Mən Avropa Birliyinə dedim ki, ABŞ-la olan böyük ticarət kəsirini bizdən neft və qazın alışını əhəmiyyətli dərəcədə artırmaqla doldurmalıdır. Əks halda o, tam tariflərlə üzləşəcək!”, – Tramp bildirib.

Read More »

Azərbaycan Ordusunun hərbçisi İngiltərədə təltif edilib – FOTOLAR

Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Sənan Əsədov İngiltərənin Sandhurst Kral Hərbi Akademiyasında keçirilən “Kiçik zabitlərin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi kursu”nu müvəffəqiyyətlə başa vurub. Müdafiə Nazirliyindən  verilən xəbərə görə, Azərbaycanın hərbi qulluqçusu təhsildə qazandığı yüksək nailiyyətə görə təltif edilib.

Read More »

Bu ölkəyə 2 milyon dollar yardım ayırmışıq – Baş nazir

Yaxın Şərqdəki gərgin vəziyyət dərin narahatlıq doğurur. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində “Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada çıxışında bildirib. O deyib ki, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik …

Read More »

Bu gömrük işçilərinə xüsusi rütbələr verilməyəcək

İntizam tənbehi verilən gömrük işçilərinə tənbeh götürülənə qədər xüsusi rütbələr verilməyəcək. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə dəyişiklikdə əksini tapıb. Belə ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, barəsində cinayət işi qaldırılan və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbə …

Read More »

İcmadan Fransaya cavab

Fransanın Azərbaycandakı səfiri Ann Buayonun açıqlaması ksenofob mahiyyət daşıyır və bu mənada, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borelin “Avropa bağdır, qalan dünya isə cəngəllik” məzmunlu irqçi tezisinin davamıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. Məlumatda qeyd olunub ki, bütün bunlar Fransa diplomatiyasının iflasının, düşdüyü acınacaqlı vəziyyətin daha bir …

Read More »