Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycan karateçiləri Türkiyədə beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” beynəlxalq turnirində 4 medal qazanıblar. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Karate Federasiyasının (AKF) Bakı, Naxçıvan və Gəncə üzrə nümayəndəlik və klublarından ümumilikdə ölkəmizi yarışda 23 karateçi təmsil edib. Yarışın nəticələrinə əsasən Zəhra Məmmədzadə kata növündə (8-9 yaş) qızıl medal qazanıb. Kumite növlərində Aqdəş Cəfərli (10-11 yaş) və Əliəşrəf Qafarov (14-15 yaş) gümüş, …

Read More »

Qusar sakininin polislər tərəfindən güllələndiyi bildirilir

Onun polisə silahlı müqavimət göstərdiyi deyilir, yaxınlarının isə hadisəyə münasibəti bəlli deyil Qusar sakini, 30 yaşlı Alxas Şıxmətovun polislər tərəfindən qətlə yetirildiyi bildirilir. Məlumata görə, hadisə dekabrın 16-da axşam saatlarında elə Qusar rayonunda baş verib. Alxas Şıxmətovu polislərin güllələyib öldürdüyünü Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib. Bu qurumun hadisə ilə bağlı məlumatında iddia olunur ki, Alxas Şıxmətov polisə silahlı …

Read More »

Aİ Dəməşqə diplomatlar göndərir

“Avropa İttifaqı (Aİ) bu gün Dəməşqə yüksəksəviyyəli diplomatik nümayəndə heyəti göndərəcək”. Boyukmillet.com  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, XİN rəhbərləri yeni administrasiya ilə qurulacaq əlaqələri müzakirə edəcəklər.

Read More »

Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə vəsatətlərə baxılıb. Daha sonra Elçin Nəcəfov və Vaqif Hacıyev vəsatət verərək zərərçəkən qismində tanınmalarına xitam verilməsini xahiş ediblər. Dövlət ittihamçısı çıxış edərək bu vəsatəti …

Read More »

Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanıldı – Video

Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bu ilin noyabr ayı ərzində Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi  əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, …

Read More »

Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib

Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib. Bu barədə  Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları – 1984-cü il təvəllüdlü Şahmurov Fəxrəddin Hacı oğlu, 1960-cı il təvəllüdlü Muradov Calal Murac oğlu, 1998-ci il təvəllüdlü Babayev Kamran Kamil oğlu və digərlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları əleyhinə ağır və …

Read More »

Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi fəlakətə uğrayıb

Heyətində Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi Kerç boğazında fəlakətə uğrayıb: onlar dənizə çıxa bilmirlər, su və ərzaq ehtiyatları isə tükənir. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından məlumat verilib. “Türk gəmi sahibinə məxsus olan və Syerra-Leone bayrağı altında üzən “Lady Fortune” gəmisinin heyəti müraciət edib. Onlar bir neçə gün bundan əvvəl Kerçdən çıxıb Türkiyəyə …

Read More »

Əli Əsədovdan tibbi maska ilə bağlı qərar – daha 3 il…

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib. Boyukmillet.com verir ki, bununla bağlı Baş anzir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək idxal gömrük rüsumlarından azadolmanın müddəti 2027-ci ilin sonunadək uzadılır. Həmçinin, Qərarda 31 …

Read More »

Azərbaycan gələn il üçün müdafiə və milli təhlükəsizlik xərclərini daha 159 milyon manat artırır

Azərbaycanda əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib. Boyukmillet.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Bunun nəticəsi olaraq, təqribən 159 milyon …

Read More »

Bakıda külək güclənib, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 15-i saat 13:30-a olan məlumatına əsasən, ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Xidmətdən  bildirilib ki, cənub-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 9, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Read More »