Bazar ertəsi , 6 Aprel 2026

autor

Çin avtomobillərinə tələbat niyə artır?

Ötən il Azərbaycan Çindən 8 minə yaxın nəqliyyat vasitəsi idxal edib Azərbaycanda Çin istehsalı olan avtomobillərə tələbat günbəgün artır. Çinin Baş Gömrük İdarəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycana təqribən 7,7 min minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi idxal edilib. Onların əksəriyyəti kiçik həcmli 1000-1500 kubsantimetr arası benzin mühərrikli maşınlardır. Hesabat dövründə tədarükün dəyəri 157,2 milyon dollar olub. Çin avtomobil …

Read More »

Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verib

Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanması ittihamı ilə bağlı mütəşəkkil müdaxilələrini qəti şəkildə rədd edirik. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.”Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas …

Read More »

Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanın izinə düşüb. Boyukmillet.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilərək zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib. Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 270 …

Read More »

Prezident Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli Forum iştirakçıları! Əziz uşaqlar! Sizi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram. Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin …

Read More »

Səfirlər İnsan Hüquqları Günündə həbsdə olan jurnalistlərlə fəallardan danışdı

Azərbaycan hökumətinə çağırış edildi Dekabrın 4-də İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko (Michalko) ölkədəki problemlərdən danışıb.“Builki BMT-nin İnsan Hüquqları kampaniyasının “Hüquqlarımız, gələcəyimiz, elə indi” mövzusu xüsusi əhəmiyyət kəsb edir, çünki həlli üçün artıq vaxtın olmadığı fövqəladə hallarla üzləşirik”, – deyən səfir Azərbaycanın bu il COP 29-a ev sahibliyi etməsinə diqqət çəkib. Deyib ki, Aİ və …

Read More »

Amerika Tarix Assosiyasiyası etnik tədqiqatçı ilə bağlı Əliyevə çağırış edib

Alimlər İqbal Əbilov və digər siyasi məhbusların azadlığa buraxılmasını istəyiblər Amerika Tarix Assosiasiyası (American Historical Association) Prezident İlham Əliyevə müraciət edərək həbsdə olan etnik tədqiqatçı İqbal Əbilovu azad etməyə çağırıb. Assosiyasiyasının məktubunda bildirilir ki, tarixçilərin hüququ tədqiqat aparmaqdan və öz rəylərini dərc etməkdən ibarətdir. “Amerika Tarix Assosiasiyası bütün dünyanı əhatə edən 10500-ə yaxın üzvü olan dünyanın ən böyük peşəkar tarixçi təşkilatıdır. …

Read More »

Paşinyan: “Ermənistanın KTMT-yə qayıtması qeyri-mümkündür”

“İnanıram ki, biz bu məsələdə dönüşü olmayan nöqtəni keçmişik” Baş nazir Nikol Paşinyan dekabrın 4-də parlamentdə çıxışı zamanı deyib ki, Ermənistan özünü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kənarda hesab edir. Ermənistanın Baş naziri əlavə edib ki, ölkənin təşkilata qayıtması qeyri-mümkündür. “Sənədlərə gəlincə, (noyabrda Qazaxıstanda keçirilən KTMT sammitində qəbul edilib) bildirdik ki, biz KTMT-nin işində iştirakımızı dondururuq. Bu o deməkdir ki, biz …

Read More »

“Abxaziya parlamenti” Rusiya ilə investisiya sazişinin əleyhinə səs verib

Müxalifət hesab edir ki, saziş rus şirkətlərinə Qara dəniz sahilində daşınmaz əmlak almağa imkan verəcək Gürcüstanın separatçı Abxaziya bölgəsinin parlamenti Rusiyanın investisiyalara dair sazişinin ratifikasiyasının əleyhinə səs verib. 21 deputat sənədin ratifikasiyasının əleyhinə səs verib, ikisi isə bitərəf qalıb. Ümumilikdə parlamentin iclasında 35 deputatdan 23-ü iştirak edib. Müxalifət liderləri zəngin rus şirkətlərinə və fərdlərinə cəlbedici Qara dəniz sahilində torpaq və daşınmaz …

Read More »

Trampın Ukrayna ilə bağlı 3 planı var

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna ilə bağlı 3 müxtəlif variantı gözdən keçirir. Boyukmillet.com xəbər verir ki, onlardan birini ölkənin gələcək vitse-prezidenti Ceyms Devid Vens hazırlayıb. Məlumata görə, Tramp Vensin planından əlavə, köməkçisi və Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə olaraq müəyyən etdiyi Keyt Kelloqun, eləcə də Milli Kəşfiyyatın keçmiş direktoru Riçard Qrenellin təkliflərini gözdən keçirir. Vens və Qrenellin layihələrinin …

Read More »

Cənubi Koreyada müxalifət Prezidentin impiçmentini tələb edir

191 deputat müxalifətin təklifini dəstəkləyib Cənubi Koreya müxalifəti dekabrın 4-dən Prezident Yun Sok Yolun impiçmenti prosesinin başlandığını elan edib. İmpiçment təklifi altı müxalifət partiyasından olan 191 deputat tərəfindən bəyənilib. Hakim Xalq Gücü Partiyasının deputatları müzakirəyə qatılmayıb. İmpiçment qanun layihəsinin dekabrın 5-də plenar iclasa təqdim ediləcəyi, səsvermənin isə dekabrın 6 və ya 7-də keçiriləcəyi gözlənilir. Cənubi Koreya müxalifəti dekabrın 3-də Prezident Yun …

Read More »