Türkiyə Ordusunun əsgəri İraqın şimalındakı əməliyyat zamanı həlak olub. Boyukmillet.com TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, “Pəncə Kilit” əməliyyatı zamanı yaralanan əsgərin həyatını xilas etmək mümkün olmayıb.
Read More »Son 6 ildə əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsait 2 dəfədən çox artıb
Son altı ildə (2018-2024) ölkədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2,1 dəfə və ya 1,3 mlrd. manat artım özünü göstərib. Həmin vəsait 2018-ci ildə …
Read More »Sumqayıtdakı partlayışla bağlı bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılıb – YENİLƏNİB
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 08:39 Sumqayıtda yaşayış binasında baş vermiş partlayış nəticəsində yaralananların vəziyyəti ağırdır. Bu barədə “Report”un yerli bürosuna Respublika Təcili və …
Read More »Gürcüstanda məktəblilər polis zorakılığına və avrointeqrasiyanın dayandırılmasına etiraz olaraq tətilə başlayıb
“Biz ədalətsiz Rusiya rejimini qınayırıq və onunla əlaqəmizi kəsirik” Gürcütanda məktəblilər dekabrın 2-dən etibarən tətil elan edirlər və Tbilisidə avropayönlü mitinqlərin dağıdılması zamanı polis zorakılığına qarşı aksiyalara başlayırlar. Gürcüstanda genişmiqyaslı etiraz dalğası Baş nazir İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların rəsmi dayandırıldığını elan etməsindən sonra başlayıb. Artıq dörd gecədir ki, Tbilisidə minlərlə insan mitinq keçirir və aksiya …
Read More »MSK sədri bələdiyyə seçkilərinə xarici müşahidəçi dəvət etməyəcəklərini deyir
Məzahir Pənahov: “Kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik” Azərbaycanda 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün, dekabrın 2-də keçirilən iclasında bildirib. “Təbii ki, kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Amma biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir”, – MSK …
Read More »“Şirvanşahların minilliyi” kitabının təqdimatı ANKARADA
Noyabrın 28-də Ankarada Türkiyə Milli Kitabxanasının binasında “Şirvanşahların minilliyi” (Şirvanşahlar`ın Bininci Yılı) kitabının təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyində Azərbaycan Mədəniyyət Mərkəzinin səyləri ilə təşkil olunan tədbirdə iki qardaş ölkənin diplomatları, alimləri, ekspertləri, beynəlxalq təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbiri açan Türkiyə Milli Kitabxanasının baş direktorunun müavini Mehmet Demir Şirvanşahlar dövlətini Türk dünyasının mədəni-tarixi irsinin mühüm tərkib …
Read More »COP29-da etiraz edən fəalın ölkədən çıxışına qadağa qoyulub
Kamran Məmmədli Bakı Hava Limanından buraxılmayıb Heyvan haqları fəalı Kamran Məmmədlinin ölkədən çıxışına qadağa qoyulub. Fəal Meydan TV-yə bildirib ki, dekabrın 2-də səhər saatlarında Gürcüstana uçarkən pasport yoxlanışı proseduru zamanı bundan xəbər tutub: Foto: Kamran Məmmədlinin şəxsi arxivindən “On günlük Tbilisiyə gedirdim. Bakıda, aeroportda pasport kontroluna yaxınlaşanda, bildirdilər ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ölkədən çıxışıma stop qoyulub. Heç bir …
Read More »SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı – SPP şirkətinə təbii qaz tədarükünə başlayıb. Boyukmillet.com bu barədə SOCAR-a istinadən xəbər verir. Məlumata görə, qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər. Bu qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini …
Read More »Azərbaycana 80 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, noyabr ayının 27-də saat 17:30-da Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 79 kiloqram 450 qram narkotik vasitə (78 kq 400 qram marixuana, 1 kq 50 qram tiryək), 1000 ədəd narkotik …
Read More »ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb
“Biz bütün tərəfləri etirazların dinc xarakter daşımasını təmin etməyə çağırırıq” ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırıb. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir. ““Gürcü Arzusu”nun Gürcüstanın Aİ-yə daxil olma prosesini dayandırmaq qərarı gürcü xalqının öz Konstitusiyasında təsbit olunmuş Avropa İttifaqı və NATO-ya tam inteqrasiyaya çalışmaq vədinə qarşıdır. Gürcüstanın Aİ-yə üzvlüyünü dayandırmaqla “Gürcü Arzusu” Avropa ilə yaxınlaşma ehtimalından imtina etdi və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar