İsmayıllıda narkotik satışı ilə məşğul olan şəxs tutulub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb. Ondan 2 kiloqrama yaxın marixuana və çətənə toxumları aşkar olunub. Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivində satış məqsədilə gizlətdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Read More »Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,72 % artaraq 71,21 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 72,11 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,53 ABŞ dolları və ya 0,78 % artaraq 68,72 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində …
Read More »Əli Kərimli barədə qərar- daha 4 ay…
AXCP sədri Əli Kərimlinin həbs müddəti uzadılıb. Bu barədə partiya rəhbərinin şəxsi Facebook səhifəsindən məlumat yayılıb. Səbayel rayon məhkəməsinin qərarı ilə onun istintaq dövrü üçün həbs müddəti daha 4 ay artırılıb. Məlumat üçün bildirək ki, Kərimli Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə ötən il noyabrın 29-da məsuliyyətə cəlb olunmuşdu. Onun həbs müddəti fevralın 13-də başa çatırdı. Cavanşir …
Read More »SON DƏQİQƏ!Fəzail Ağamalı vəfat etdi
Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı saytımıza təsdiq edib. Allah rəhmət eləsin!
Read More »Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM
Əmək pensiyaları indeksləşdiriləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına …
Read More »Vensin Bakı səfəri: sülh gündəmi və siyasi məhbus çağırışları fonunda qeyri-müəyyən proqram
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 10–11-də Azərbaycanda rəsmi səfərdə olacaq. Vensin sözçüsü AzadlıqRadiosu-na bildirib ki, səfər zamanı onu ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək. ABŞ vitse-prezidentinin Azərbaycandakı səfər proqramı hələlik açıqlanmayıb. Vens bu gündən Ermənistanda rəsmi səfərdədir. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu gün axşam saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti …
Read More »Silah satışı, idxalı və ixracına dair əlavə şərtlər müəyyənləşib
Silah satışı, idxalı və ixracına dair əlavə şərtlər müəyyənləşib. Boyukmillet.com -un xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”ə dəyişiklik edib. Qərara əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının dövriyyəsinə (satışına, idxalına və ixracına münasibətdə) tələb olunan əlavə şərtlər aşağıdakılardır: – satışına (idxal edilən döyüş …
Read More »Naxçıvana yeni Baş nazir təyin olunub
Naxçıvan Muxtar Respublikasına (MR) yeni Baş naziri təyin olunub. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. Belə ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub. Qeyd edək ki, C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət …
Read More »Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olunublar
Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü – Hikmət Əsədov və Nicat Qafarovu saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, hər iki şəxs tibbi müayinəyə aparılıb və onların narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə H.Əsədov və N.Qafarov inzibati qaydada həbs olunublar. Qeyd edək ki, ilin …
Read More »İsrail ABŞ-ni İranla bağlı planı barədə xəbərdar edib
İsrail ABŞ-yə müstəqil şəkildə İrana zərbə endirə biləcəyini bildirib. Boyukmillet.com-un məlumatına görə, bu barədə “İnterfaks” “Jerusalem Post” qəzetinə istinadən xəbər verir. “Biz amerikalılara demişik ki, əgər İran ballistik raketlər üçün müəyyən etdiyimiz qırmızı xətti keçsə, təkbaşına zərbə endirəcəyik”, – qəzet mənbəyə istinad edir. Mənbənin sözlərinə görə, İsrail İran daxilindəki hadisələrin inkişafını daim izləyir. Nəşr qeyd edir ki, İsrail müdafiə nazirliyinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar