Bazar ertəsi , 6 Aprel 2026

autor

70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib

Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Boyukmillet.com xəbər verir ki, müəyyən edilib ki, Məmmədov Qəhrəman Şamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. Bakı Hərbi Məhkəməsinin qərarı ilə …

Read More »

Azərbaycanda BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi …

Read More »

Zahid Oruc: “Quru sərhədlər açılsa, ölkəyə 100 minlərlə qaçqın axın edəcək”

Deputat problemi Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc quru sərhədlərindən danışıb. O, Milli Məclisin noyabrın 25-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, quru sərhədlərin açılması 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəyə axını ilə nəticələnə bilər: “Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının …

Read More »

Gürcüstan Prezidenti: Parlamentin iclası Konstitusiyaya ziddir

Parlamentin ətrafına çox sayda polis qüvvələri cəmlənib Gürcüstan Prezidenti Salome Zurabişvili 11-ci çağırış parlamentin ilk iclasını Konstitusiyaya zidd hesab edib. Bu barədə o, “X” platformasında yazıb. “Gürcüstan parlamentinin iclası Konstitusiyaya ziddir:Kütləvi seçki saxtakarlığı onun legitimliyini sarsıtdı; Mən birinci iclası çağırmaqdan imtina etdim, Konstitusiya isə əvəzedici kimi çıxış edə biləcək heç kəsi tanımır. Mənim müraciətimə Konstitusiya Məhkəməsi baxır”, – Zurabişvili yazıb. Parlamentin …

Read More »

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə pilotların təlim uçuşlarının şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər. …

Read More »

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Kamal Kılıçdaroğluna qarşı 500 min lirə (14,5 min dollardan çox) məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyin Aydın “X” sosial şəbəkəsində hesabında paylaşım edib. “15 iyul 2016-cı il qanlı dövlət çevrilişi cəhdindən dərhal sonra Prezidentimiz siyasi müzakirələrimizdə minimum …

Read More »

Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib. “Report”un məlumatına görə, sənəddə deyilir: “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın”. Birləşmiş bələdiyyələrin geniş siyahısı ilə buradan tanış olmaq olar.

Read More »

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün – noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı ordusunun tərk etməsindən 4 il ötür. Boyukmillet.com- un xəbərinə görə, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan …

Read More »

“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” – Hakan Fidan

Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq statusu üçün təşəbbüslərini davam etdirdiklərini, Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) birbaşa uçuşlar və birbaşa ticarətin başlanması məsələlərini xüsusilə vurğuladıqlarını bildirib. Hakan Fidan Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında çıxışında Kipr məsələsinə toxunub. Hakan Fidan: “Kipr məsələsi ilə bağlı Türkiyə ilə təmasda olan milli …

Read More »