Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu Tağıyevin vəfat etdiyi bildirilr. Müdafiə Nazirliyindən Meydan TV-yə bildirilib ki, hərbi qulluqçu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Hərbçinin Kəngərli rayonunun Xok kəndində dəfn olunduğu bildirilir. Meydan TV hərbi qulluqçunun yaxınları ilə əlaqə saxlaya bilməyib.
Read More »Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib
Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə riskinin artması ilə bağlı xəbərdarlıq edib. Məlumatı “Turan” səfirliyə istinadən yayıb. Səfriliyin müraciətində deyilir ki, Ukraynada təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq, noyabrın 21-22-də konsulluq qəbulu aparılmayacaq: “Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının …
Read More »İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir
Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz olaraq soyunduğu üçün saxlanılan tələbənin sərbəst buraxıldığı bildirilir. İran rəsmiləri tələbənin ittiham olunmayacağını deyiblər. Ədliyyə qurumunun sözçüsü Əsgər Cahangir qadının psixiatriya xəstəxanasına aparıldığını və daha sonra isə ailəsinə təhvil verildiyini bildirib. Noyabrın əvvəlində sosial şəbəkələrdə universitetin Elmi-Tədqiqat şöbəsinin həyətində alt paltarında gəzən qadının videosu yayılıb. …
Read More »Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib
“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olmuş konqresmen Frenk Pelloni (Frank Pallone) və senator Ed Markiyə (Edward J. Markey) cavab verib. Bu barədə Hikmət Hacıyev “X” səhifəsində yazıb. O bildirib ki, konqresmen Frenk Pelloni və senator Edvard Marki Bakıya …
Read More »Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilir. Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görməlidir. Bu Sərəncamın …
Read More »NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…
Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi formalaşmaq, ixtisas sahibi olmaq üçün rezidenturaya qəbul olunmalıdırlar. Rezidentura müddəti ixtisasdan asılı olaraq, 2 ildən 5 ilə qədər dəyişir.Həkim mütəxəssislərin hazırlanması müxtəlif klinik bazalarda həyata keçirilir. Bəzən rezidentlər daha yaxşı bilik və bacarıqlara yiyələnmək üçün əcnəbi ölkələrə üz tuturlar. Bəziləri isə bu təhsili Azərbaycanda alır, …
Read More »Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək
Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. O qeyd edib …
Read More »COP29 çərçivəsində Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib
COP29 çərçivəsində “İqlim Fəaliyyəti naminə Bakı Su Dialoqu” rəsmi olaraq başlanıb və ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib. Boyukmillet.com-un məlumatına görə, “Bakı Su Dialoqu” platforması iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək. COP29 Prezidentliyi …
Read More »Gələn il məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin maliyyələşdirilməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb
2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin maliyyələşdirilməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, 2025-ci ildə məcburi dövlət …
Read More »Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı
“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. “Şimal-cənub və Orta Dəhlizi dəstəkləyəcəyini düşündüyümüz koridorla bağlı layihələr həyata keçiririk. Yəni Fars körfəzindən başlayaraq 1200 km ilə Türkiyəyə gələcək və buradan Avropaya və Türkiyə içərisində də Orta Dəhlizə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar