Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə …
Read More »Baş nazirin müavini: Ermənistanda BRICS-ə üzvlük müzakirə olunmur
Ermənistan BRICS-ə üzv olmağı planlaşdırmır. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini Mqer Qriqoryan deyib. “İndiki mərhələdə belə müzakirələr yoxdur.”, – M.Qriqoryan bildirib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.
Read More »Türkiyə ordusu Suriyada iki PKK terrorçusunu öldürüb
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, “Fırat Kalkanı” bölgəsində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının iki üzvü öldürülüb. Vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edəcək.
Read More »AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi və avtobuslara yeni fərqlənmə nişanları verib. Boyukmillet.com xəbər verir ki, barədə agentliyə istinadən xəbər verir. “Taksi və avtobus xidməti üzrə müraciətlər əsasında fərqlənmə nişanı verilmə prosesi uğurla davam edir. Bu dəfə 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları təqdim edilib. Bu istiqamətdə işlər davam etdirilir”, – deyə agentlik bəyan …
Read More »17 yaşlı futbolçu Neymarın rekordunu qırıb
Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı cinah oyunçusu buna A Seriyasında “Yuventude”yə 5:3 hesabı ilə qalib gəldikləri matçda nail olub. Villian sözügedən qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalıb. O, Braziliya çempionatında 10 qol və 8 assistlə yadda qalıb. Beləliklə, futbolçu 18 yaşadək oyunçular arasında yeni rekord müəyyənləşdirib. Neymar 2009-cu …
Read More »Hakan Fidan: Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır
Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: “Biz müharibənin diplomatiya yolu ilə həllində maraqlıyıq. Müzakirələr bütün tərəflərin iştirakı ilə baş tutmalıdır”.
Read More »STM-in sektor müdiri: Dünya mediasında siyasi gündəliyi Azərbaycana qarşı istifadə etmək cəhdləri formalaşıb
Dünya mediasında siyasi gündəliyi dəyişmək və Azərbaycana qarşı istifadə etmək cəhdləri formalaşıb. Boyukmillet.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri İlyas Hüseynov oktyabrın 21-də Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə deyib. Onun sözlərinə görə, saxta və qərəzli informasiyaları Azərbaycan cəmiyyətinin “şüuruna” yerləşdirməyə çalışan daxili xəyanətkar qüvvələrin sırasında azərbaycanlı soyadlarına da rast gəlinir: “COP29-a …
Read More »COP29 konfransı əməkdaşlarının geyim forması müəyyənləşib
Bu ilin 11-22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müddətində işə cəlb ediləcək 10 000 nəfərdən artıq əməkdaşın istifadə edəcəyi uniforma geyimləri ictimaiyyətə açıqlanıb. Bu barədə “Report”a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, COP29 korporativ rəng və üslubuna uyğun hazırlanmış bu geyim formaları konfrans çərçivəsində müvafiq əməliyyatların təşkilində və …
Read More »İran nüvə obyektlərinə təhdidlərlə bağlı BMT-ni xəbərdar edib
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) və BMT Təhlükəsizlik Şurasına ölkənin nüvə obyektlərinə İsraildən gələn təhdidlərlə bağlı rəsmi şəkildə şikayət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib. “İran bu təhdidləri beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bununla əlaqədar Beynəlxalq Atom Enerjisi Agentliyinə və BMT Təhlükəsizlik Şurasına etiraz məktubu …
Read More »Delimitasiya üzrə komissiyaların növbəti iclası reqlamentin ratifikasiyasından sonra baş tutacaq
Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü hər iki ölkədə onların iş reqlamentinin ratifikasiyasından sonra keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu baş nazirin müavini Mqer Qriqoryan Ermənistan parlamentində bildirib. Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar