Bazar ertəsi , 6 Aprel 2026

autor

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. Mədəniyyət Nazirliyindən “Report”a verilən məlumata görə, səfərin məqsədi Bakı Dövlət Sirki ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Qeyd edilir ki, Mədəniyyət Nazirliyində Bakıda qonaq olan sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib. Görüşdə Budapeşt Sirkinin direktoru, Budapeşt Beynəlxalq Sirk Festivalının rəhbəri, Şərqi Avropa Sirk Assosiasiyasının prezidenti, Macarıstanın keçmış …

Read More »

Maduro: Venesuela müstəmləkə talanına görə İspaniyadan təzminat tələb edəcək

Venesuela Karib hövzəsi ölkələrini Britaniyadan təzminat tələb etməkdə dəstəkləyir və öz növbəsində, yerli amerikalıların, aparılan afrikalıların məruz qaldığı müstəmləkə depresiyası, köləliyə görə İspaniyadan təzminat tələb etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalında müəllif proqramında deyib. “Venesuela təkcə Karib hövzəsi ölkələrini (Böyük Britaniyadan – red.) təzminat tələbində dəstəkləmir, həmçinin bir qrup Latın Amerikası …

Read More »

Britaniya XİN: Tayvan boğazında eskalasiya təhlükəsi var

Britaniya XİN hesab edir ki, Tayvan boğazında Çin Silahlı Qüvvələrinin keçirdiyi təlimlər regionda gərginliyi artırır. Boyukmillet.com xəbər verir ki, Forin Ofisinin yaydığı bəyanatda London Pekini gələcək eskalasiyanı təhdid edən hərəkətlərdən çəkinməyə çağırır. “Çinin Tayvan adası ətrafında Tayvan boğazında gərginliyi və təhlükəli eskalasiya riskini artıran hərbi təlimlərindən narahatıq”, – sənəddə deyilir. “Hesab edirik ki, Tayvan məsələsi Tayvan boğazının hər iki tərəfində yaşayan …

Read More »

Trüdo: Ottava öz ölkəsində kanadalılara qarşı təhdidlərə dözməyəcək

Kanada hakimiyyəti ərazisində öz vətəndaşlarına qarşı təhdidlərə və zorakılığa dözməyəcək. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə Kanadanın baş naziri Castin Trüdo Ottavanın Hindistanın 6 diplomatını ölkədən çıxarmaq qərarını şərh edərkən deyib. “Biz heç vaxt xarici hökumətin Kanada torpaqlarında Kanada vətəndaşlarını təhdid etmək və ya ölümündə iştirakına dözməyəcəyik. Bu, Kanada suverenliyinin və beynəlxalq hüququn son dərəcə qəbuledilməz pozulmasıdır”, – Trüdo deyib.

Read More »

Almaniya Ümumdünya Səhiyyə Təşkilatını maliyyələşdirmək üçün 360 milyon avro ayıracaq

Almaniya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) azı 360 milyon avro verəcək. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində keçirilən Ümumdünya Səhiyyə Sammitində çıxışı zamanı deyib. “Almaniya ÜST-nin davamlı maliyyələşdirilməsini də dəstəkləyir. Buna görə də mən bu gün sizinlə Almaniyanın ÜST-ə ümumilikdə ən azı 360 milyon avro töhfə verəcəyini bölüşməkdən məmnunam”, – Şolts bildirib. Eyni zamanda başqalarını da Almaniyadan …

Read More »

Kanada Hindistanın altı diplomatını ərazisindən çıxaracaq

Kanada hökuməti Hindistanın 6 diplomatını vətəndaşlarına qarşı törətdikləri qanunsuz hərəkətlərlə əlaqədar ölkədən çıxarmaq qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Xarici İşlər Nazirliyi bu gün açıqlayıb ki, Hindistanın altı diplomatı və konsulluq rəsmisi Hindistan hökuməti ilə əlaqəli agentlər tərəfindən Kanada vətəndaşlarına qarşı məqsədyönlü kampaniya ilə əlaqədar ölkə ərazisindən çıxarılma bildirişi alıb”, – sənəddə …

Read More »

Rusiya Azərbaycana qida təhlükəsizliyi ilə bağlı yanaşmalarını təqdim edib

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyini, keyfiyyətini müzakirə edib, qida təhlükəsizliyinin təmin edilməsinə Rusiyanın elmi, praktiki yanaşmaları təqdim olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin Mətbuat xidməti məlumat yayıb. “Dəyirmi masa …

Read More »

Hüquq müdafiəçisi: “Azərbaycan beynəlxalq öhdəlikləri yerinə yetirməlidir”

“Azərbaycan insan hüquqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli, fundamental hüquqları pozan yox, hörmət edən dövlətlər sırasında özünə layiqli yer tutmalıdır. İnsan hüquqları və əsas azadlıqların təminatı sahəsində beynəlxalq təpkiləri ciddiyə almalı, bu sahədə əhatəli islahatlar aparılmalıdır”.  Bunu “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin rəhbəri Fikrət Cəfərli deyib.  O bildirib ki, məhkəmələrin hakimiyyətdən asılılığına son verilməli, hakim seçkilərinin şəffaflığı təmin edilməlidir: …

Read More »

Türkiyə ordusu Suriyada dörd terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Suriyanın şimalındakı “Fırat Kalkanı” bölgəsində PKK/YPG terror təşkilatının 4 üzvü öldürülüb. Nazirlikdən vurğulanıb ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.

Read More »