Bazar ertəsi , 6 Aprel 2026

autor

Polşa şərq sərhədində mina sahələri yaradacaq

Polşa şərq sərhədində “Şərq qalxanı” mühəndis qurğuları kompleksinin bir hissəsi olacaq mina sahələri yaradacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa televiziyası məlumat yayıb. “Saat 13.00-da Ojişdəki poliqonda “Şərq qalxanı” elementlərinin sınaqdan keçiriləcəyi təlimlər başlayacaq”, – məlumatda bildirilib. Bu elementlər beton kirpilər, tank əleyhinə xəndəklər və minalanmış sahələrdir. Daha sonra onlardan “Şərq qalxanı”nı təchiz etmək üçün istifadə edilməsi planlaşdırılır. Bundan …

Read More »

Seul KXDR-in Cənubi Koreyaya gedən yolları partladacağını güman edir

Koreya Xalq Demokratik Respublikasının (KXDR) iqtidarının ölkəni Koreya Respublikası ilə birləşdirən yollarını partlatmağa hazırlaşdığı güman edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən bildirib. “Koreya Xalq Ordusunun 9 oktyabr tarixli bəyanatından sonra onların hərbi qüvvələri Könison və Tonhe xətləri boyunca yolların partladılması ilə əlaqəli olduğu güman edilən fəaliyyətlə məşğuldurlar”, – bəyanatda deyilir. …

Read More »

Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb, ada mühasirəyə alınıb

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan ətrafında “Birgə qılınc – 2024B” təlimlərinə başlayıb, ada mühasirəyə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” ÇXAO-nun Şərq Döyüş Komandanlığı Zonasının bəyanatına istinadən məlumat yayıb. “Təlimlər həmçinin Tayvan müstəqillik qüvvələrinin separatçı fəaliyyətlərinə qarşı ciddi xəbərdarlıq rolunu oynayır. Bu, dövlət suverenliyini və milli birliyi (Çinin – red.) qorumaq üçün qanuni və zəruri bir tədbirdir”, – Çin …

Read More »

Maştağada 37 yaşlı kişi qətlə yetirilib, şübhəli şəxs saxlanılıb

Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Read More »

Litvada parlament seçkilərində hakim partiya ikinci yerə çıxıb

Litvada hakim “Vətən İttifaqı – Litva Xristian Demokratları” partiyası növbəti Seym (birpalatalı parlament) seçkilərində məğlub olsa da, uzun müddət qaldığı üçüncü yerdən ikinci yerə yüksəlməyi bacarıb. Boyukmillet.com xəbər verir ki, bu, Litvanın Mərkəzi Seçki Komissiyasının saytında onlayn rejimdə yenilənən məlumatlardan bəlli olub. Komissiyaya Litvanın ən böyük şəhərlərindən məlumatlar daxil olmağa başladıqdan sonra parlament seçkilərinin debütantı olan “Neman üzərində şəfəq” partiyası …

Read More »

Almaniyada attraksion yanğınında 11 nəfər yaralanıb

Almaniyanın şimal-qərbində yerləşən Aşağı Saksoniya federal torpağının Ler şəhərində “Qorxu yolu” attraksionunda baş vermiş yanğın nəticəsində azı 11 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir. Polisin məlumatına görə, üç nəfər xəstəxanaya yerləşdirilib. Hadisə Şərqi Friziya bölgəsinin ən böyük xalq bayramında baş verib ki, bu bayram hər il Ler şəhərinə təxminən yarım milyon qonaq cəlb edir. …

Read More »

Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib

Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və İdarəetmə Məktəbinin tələbələri ilə görüşüb. Bu barədə “Report”a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.Səfirlikdə keçirilən görüşdə bu ölkədəki səfirimiz Məmməd Talıbov müasir Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, dövlət müstəqilliyinin bərpa edilməsindən bəhs edib. Diplomat həmçinin müstəqilliyimizin ilk illərində qarşıya çıxan çətinliklər, ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti, …

Read More »

KİV: Tramp seçicilərin dəstəyi baxımından Harrisdən geri qalır

ABŞ-nin vitse-prezidenti Kamala Harris, demokratlardan ən yüksək dövlət vəzifəsinə namizəd olaraq, noyabr ayında keçiriləcək prezident seçkilərində səs verməyi planlaşdıran seçicilərin dəstəyi baxımından respublikaçılardan olan rəqibi Donald Trampı 2 faiz bəndi qabaqlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABC telekanalının “Ipsos” sosioloji xidməti ilə birlikdə keçirdiyi sorğunun nəticələrindən bəlli olub. Məlumata görə, potensial seçicilərin 50 %-i Harrisi dəstəkləyir, Trampa isə bu …

Read More »

Qazaxıstanın Talqar şəhərinə yeniyetmənin öldürülməsindən sonra Milli Qvardiya yeridilib

Qazaxıstan Daxili İşlər Nazirliyinin Milli Qvardiyası Almatı vilayətinin Talqar şəhərində 16 yaşlı yeniyetmənin rezonans doğuran qətlindən sonra ictimai asayişin qorunmasına cəlb edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb. “Hazırda Almatı vilayətinin Talqar şəhərində Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Milli Qvardiyasının hərbi hissəsinin şəxsi heyəti ictimai asayişin qorunması üçün post-patrul xidmətinə cəlb edilib”, – KİV qurumun bəyanatından sitat …

Read More »

Bild: Almaniya artıq Ukraynaya ağır hərbi texnika verməyi planlaşdırmır

Bundesver (Almaniya Müdafiə Nazirliyi – Qeyd) artıq Ukraynaya ağır hərbi texnika verməyi planlaşdırmır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bild” nəşri mənbəyə istinadən xəbər verib. Nəşr nazirliyin daxili sənədini nəzərdən keçirib və məlum olub ki, Bundesver Kiyevin tezliklə əks-hücum keçirə biləcəyinə inanmır: “Odur ki, bütün əsas hərbi texnikanın Ukraynaya tədarükü başa çatıb”, – deyə məqalədə vurğulanıb. Qeyd edilib ki, Almaniya …

Read More »