Bazar ertəsi , 6 Aprel 2026

autor

Samir Şərifov: “Azərbaycan S&P və “Moody’s”dən də investisiya reytinqi almaq niyyətindədir”

Azərbaycan “Standard & Poors” və “Moody’s” beynəlxalq reytinq agentliklərindən də investisiya reytinqini almaq niyyətindədir. Bunu “Report”a müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib. “Ona görə ki, son illər ərzində Azərbaycan iqtisadiyyatında köklü müsbət dəyişikliklər baş verməkdədir. Bir tərəfdən Azərbaycanın valyuta ehtiyatları artmaqdadır, digər tərəfdən isə borc öhdəlikləri azalmaqdadır. Nəticə etibarı ilə bu, xalis maliyyə aktivlərinin artımına gətirib çıxarır. Bu da heç şübhəsiz ki, hər …

Read More »

Zelenski Qərbdən ölkəsini yenidən silahla təchiz edilməsini xahiş edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 6-da Almaniyada ölkənin müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasında iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb. Bildirilib ki, V.Zelenski Qərb tərəfdaşlarına ölkəyə yenidən silah tədarük edilməsi xahişi ilə müraciət etmək niyyətindədir. Xüsusilə söhbət uzaqmənzilli raketlərin və əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükündən gedir. Almaniyanın müdafiə naziri Boris Pistoriusun da qatılacağı …

Read More »

Azərbaycanda 7 bağlanmış bankın əmlakları hərraca çıxarılır

Sentyabrın 9-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Bank of Azerbaijan”, sentyabrın 23-də “Kredo Bank”, “Texnika Bank”, “Atabank”, “AGBank”, sentyabrın 30-da isə “NBC Bank”, “AGBank” və “Muğan Bank” ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.Məlumata görə, söhbət “Bank of Azerbaijan”a məxsus …

Read More »

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə 2 milyard dollarlıq iş görüb

İndiyə qədər Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2 milyard ABŞ dolları dəyərində iş görüb. Boyukmillet.com xəbər verir ki, bunu Türk Ticarət Sərgisinin təqdimat konfransında Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman bildirib. “Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, bütün sahələri əhatə edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır, məqsədimiz ticarət dövriyyəsinin dəyərini 15 milyard ABŞ dollarına çatdırmaqdır. …

Read More »

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

Read More »

Azərbaycan-Özbəkistan hərbi mütəxəssisləri praktiki məşğələləri izləyiblər

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsində olub.“Qonaqları salamlayan general-mayor Anar Kərimov nümayəndə heyətinə Azərbaycan Ordusunun azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən …

Read More »

Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb. Boyukmillet.com xəbər verir ki, o, “News.ru” informasiya portalına müsahibəsində bildirib ki, həmin şəxslərlə bağlı istintaq yekunlaşıb və materiallar yaxın vaxtlarda məhkəməyə təqdim olunacaq. “Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlərlə bağlı cinayət işi materialları ilə tanışlıq prosesi gedir – bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat …

Read More »

DGK vətəndaşa göndərilən “mükafat”ın gömrük ödənişlərinə cəlb olunmasına münasibət bildirib

Azərbaycan vətəndaşı beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən “Apple” markalı qulaqcığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd edib və buna görə gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb. Boyukmillet.com xəbər verir ki, araşdırma nəticəsində məhsulun (qulaqcıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilib: “Daha sonra vətəndaşın müraciəti əsasında “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan …

Read More »

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnaməni təsdiqləyib

Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnamənin ratifikasiyasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb. Qərarın layihəsində qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin …

Read More »

Rəsmi Bakı: Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirirək, ölkəmizə dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına dair şərhində deyilib.O bildirib ki, Fransa tərəfindən verilmiş bu cür …

Read More »