2024-cü ilin hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, artilleriya qurğularının döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər. Təlimin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların …
Read More »KİV: Bəşər Əsəd Türkiyə ilə dialoqdan imtina edib
Suriyadakı Bəşər Əsəd hakimiyyəti Türkiyə ilə dialoqdan imtina edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, B.Əsəd dialoq üçün şərtlər irəli sürüb. O, Türkiyənin Suriya torpaqlarından çıxmasının zəruriliyini ifadə edib. Qeyd edək ki, daha əvvəl B.Əsədin Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyi barədə məlumat yayılmışdı.
Read More »Moldovada elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb
Rusiyanın Ukraynanın mühüm enerji infrastruktur obyektlərinə kütləvi zərbə endirməsi nəticəsində Moldovanın enerji sistemində fasilələr qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldovanın “Moldelectrica” dövlət enerji müəssisəsi məlumat yayıb. Vəziyyətin nəzarət altında olduğu bildirilib. “Kiçik fasilələrin öhdəsindən gəlmək üçün kifayət qədər istehsalımız var”, – məlumatda qeyd edilib.
Read More »Samir Əsədli Avaş kəndində seçicilərlə görüşdü – FOTO
Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, partiya sədrinin müavini Samir Əsədli təşviqat kampaniyası çərçivəsində Yardımlı rayonunun Avaş kəndində seçicilərlə görüşüb. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilb. Daha sonra VHP-nin səlahiyyətli nümayəndəsi Nəsimi Şərəfxanlı çıxış edərək Milli Məclisə seçkilər, seçki marafonu haqda danışıb və partiyanın dairə üzrə namizədi barədə seçiciləri məlumatlandırıb. Daha sonra deputatlığa namizəd …
Read More »Şirvanın icra başçısı seçki qanunlarını belə pozur:Qutudan Heydər Əsədov çıxmalıdır
İcra başçısı 51 saylı seçki dairəsinin bütün məntəqələrinin sədrlərini və üzvlərini toplayaraq, Heydər Əsədova dəstək olmaqlarını və onun seçilməsi üçün var gücləri ilə çalışmalarını tapşırıb Bu haqda 51 saylı seçki dairəsindən düputatlığa nazmizəd, jurnalist Payman Sadıqov FB səhifəsində yazıb: Hörmətli media nümayəndələri! Bu gün səhər saatlarından Şirvan şəhərinin sayılıb-seçilən ziyalılarından mənə gələn çoxsaylı zənglər gəlib. Hər biri telefonda danışarkən qeyd …
Read More »Pavel Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib
“Telegram”ın təsisçisi Pavel Durov Fransada “persona non qrata” (arzuolunmaz şəxs) elan edilmişdi. İş adamı öz statusunu öncədən bilirdi. Lakin buna baxmayaraq, onun təyyarəsinin bu ölkəyə niyə uçduğu məlum deyil. Bildirilir ki, rəsmi Paris Aİ-nin “Telegram”a qarşı sanksiyalar tətbiq etməsi üçün Durovun məhkəməsindən istifadə edə bilər. Qeyd olunur ki, Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib …
Read More »İsrail XİN-in başçısı “Hizbullah”la mübarizədə ölkəsinə dəstək istəyib
İsrail dünyanın onlarla ölkəsinin hökumətindən “Hizbullah”radikal hərəkatına qarşı mübarizədə onu dəstəkləmələrini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə yəhudi dövlətinin Xarici İşlər Nazirliyi “X ” sosial şəbəkəsində məlumat yayıb. XİN-in açıqlamasında qeyd olunur ki, nazirliyin rəhbəri İsrael Katz İsraili dəstəkləmək üçün həmkarlarına müraciət edib. O, yəhudi dövlətinin səlahiyyətlilərinin yaxınlaşan hücumla bağlı məlumatların nəhayət təsdiqlənməsindən sonra fəaliyyətə başladığını və “onu pozmaq üçün …
Read More »Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb
Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb. Bu barədə “Report”a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. Məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini S.Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 4 kiloqram olan çətənə kolları aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Read More »İsrail ordusunun onlarla qırıcısı “Hizbullah”a zərbələr endirir
İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubunda “Hizbullah” radikal hərəkatının obyektlərinə zərbələr endirməyə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqarinin açıqlamasında bildirilir. “Hazırda Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubundakı bir neçə yerə zərbələr endirir. Biz təhdidləri məhv etməyə və “Hizbullah” terror qruplaşmasına intensiv zərbələr endirməyə davam edirik”, – sənəddə qeyd olunur.
Read More »İşğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirilir
Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir. Boykmillet.com xəbər verir ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür. “Bir daha vətəndaşlarımızdan xahiş edirik, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq antisosial, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar