Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzizoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası başlayıb. Bu barədə “Report”un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir.
Read More »Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir. Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda konfransında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Azərbaycanda təhsil sahəsində qadınların iştirakı dünya ortalaması ilə müqayisədə irəlidədir: “Azərbaycan qadınları ibtidai, orta və ali təhsil sahəsinə yetərincə öz …
Read More »Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb
Bu ilin I yarısında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 91 milyon ABŞ dolları təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 14 % çoxdur və ən azı son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk 6 ay üçün maksimal göstəricisidir. Hesabat dövründə Azərbaycana Özbəkistandan 77 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da bir əvvəlki göstəricidən 36,2 % …
Read More »Azərbaycan səfiri Dominikan prezidentinin andiçmə mərasiminə qatılıb
Azərbaycanın Kuba və Dominikandakı səfiri Ruslan Rzayev Dominikana yenidən prezident seçilən Luis Abinaderin andiçmə mərasiminə qatılıb. Bu barədə “Report”un Türkiyə bürosuna Dominikanın Azərbaycan və Türkiyədəki səfiri Elvis Antonio Alam Lora məlumat verib. Səfir Dominikan Xarici İşlər Nazirliyinə istinadla bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan liderlər yenidən prezident seçilən Luis Abinaderin andiçmə mərasimində iştirak etmək üçün Santo Dominqoya toplaşıblar. “Dominikanın Müstəqilliyinin Bərpa …
Read More »SOCAR prezidenti Türkmənistanda keçiriləcək konfransda iştirak edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) oktyabrın 23-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək “Türkmənistanın nefti və qazı – 2024” (OGT-2024) beynəlxalq konfrans və sərgisində iştirak edəcək. “Report”un Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu konfrans və sərgidə şirkəti SOCAR prezidenti Rövşən Nəcəf təmsil edəcək. R.Nəcəfin forum çərçivəsində çıxışı nəzərdə tutulub. Bildirilib ki, “Türkmənistanın nefti və qazı – 2024”-də həmçinin 20 ölkədən 100-dən …
Read More »Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında yerləşdirilib. Qeyd edilib ki, növbədənkənar seçkilərdə səsvermə prosesini izləmək üçün 119 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Xatırladaq ki, Azərbaycanda seçki məntəqələrində 2008-ci ildən veb-kameralardan istifadə edilir. Prezident İlham …
Read More »Ağsuda narkokuryerlikdə şübhəli bilinən qadın tutulub
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Read More »Xidmət rəisi: Azad olunan ərazilərə səfər zamanı ətrafı zibilləyənlərə qarşı ciddi tədbirlər görülməlidir
Azad olunan ərazilərə səfər zamanı ətrafı zibilləyən şəxslərə qarşı daha ciddi tədbirlər görülməlidir. Bunu “Report”a açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, son günlər azad olunmuş bölgələrə ziyarətə gedənlərin əraziləri tullantılarla zibilləməsi hallarına rast gəlinir: “Uzun illər həsrətində olduğumuz torpaqlarımız artıq işğaldan azad edilib. Biz bu gün onun hər qarışını müqəddəs olaraq qəbul etməklə oraları ziyarət …
Read More »İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) inzibati binasının və avadanlıqlarının sığortalanması üçün açıq tender elan edib. Boyukmillet.com xəbər verir ki, tenderdə iştirak haqqı 36 manatdır. İddiaçılar təkliflərini sentyabrın 17-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər. Təkliflərə sentyabrın 17-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Read More »Deputatlığa namizəd ETİRAZ ETDİ: İcra orqanları camaatı görüşlərə gəlməyə qoymur
Artıq parlament seçkilərinə sayılı günlər qalıb. Bir çox namizədlər isə avqustun 9-dan təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərə görüşlərə start verib. Bu şəxslərdən biri də ehtiyatda olan mayor, tanınmış jurnalist, 69 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizədliyini verən Rahib Qəribdir. Boyukmillet.com olaraq, Rahib Qəribin Yenicag.az-a müsahibəsini təqdim edirik: –Builki seçkilərdə şansınızı necə dəyərləndirirsiniz? Rəqibləriniz arasında YAP, AVP, Müsavat və REAL-dan olan namizədlər, eləcə də …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar